Oktyabrın 25-i axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.
İctimairey.az xəbər verir ki, Qubanın Qrız kəndində 23, Xınalıqda 16, Xaldanda isə 4 santimetr hündürlüyündə qar qeydə alınıb. Qusarın Yasab kəndinə 2, Xızının Altıağac qəsəbəsinə isə 1 santimetr hündürlüyündə qar yağıb.
Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Kənddə temperatur mənfi 6 dərəcəyədək enib.
İctimairey.az