E.ə. 221-ci ildə Çin imperatoru Çin Şi-Xuandi hakimiyyətə gələndə ölkə siyasi elitasında düşmən klanlar var idi. Bu düşmən klanların mübarizəsinin qurbanları isə hökmranlar idi. Çin Şi-Xuandi hakimiyyətə gələnə qədər 15 ildə dörd hökmran sui-qəsd yaxud da çevriliş nəticəsində taxt-tacdan mərhum edilmiş idi.
Çin Şi-Xuandi taxta oturan kimi bütün klanların başçılarını, siyasi hakimiyyətdə olan məmurları bir yerə toplayıb qonaqlıq verdi və onlara müraciət etdi:
– Mən Sizlərə iki təklif etmək istəyirəm. Birinci, Siz vəzifələrinizdən istefa verib gedirsiniz və bu günə qədər yığdığınız var dövləti xərcləyirsiz. Bu gündən etibarən siyasətə qarışmırsız. Bilsəm ki, hansınızsa siyasətə müdaxilə edirsiz, rəqiblərimə dəstək olursuz, yaxud kimlərisə öyrədib, məni pis edirsiz, onda hamınızın nəslini kəsəcəm. Yox mənim şərtimi qəbul etməyib, vəzifədə qalırsınızsa, sizlərin boynunu vurduracam, ailələrinizin əlindən də var dövləti alacam.
Çin Şi-Xuandinin birinci təkifini hamısı qəbul etdi və onlar bir daha siyasətə və ölkənin daxili işlərinə qarışmayacağına dair and içib, öz var dövlətlərini də götürüb sakit bir guşəyə çəkildilər.
Çin Şi-Xuandi Çin imperatorluğunun əsasını qoyan və Çini ən güclü dövlət kimi formalaşdıran imperator kimi tarixə düşdü. Sarı dənizin Lyodun körfəzinin sahillərindən başlayıb, Çinin şimal sərhədləri boyunca uzanan və Qobi səhralarından keçən ümumi uzunluğu 4250 kilometrdən artıq olan Böyük Çin səddini də imperator sonradan tikdirdi.
ZAUR ALİYEV Dosent