Əksər ölkələr sülhün vacibliyini başa düşürlər, amma ABŞ onlardan deyil. Amerika öz maraqlarını təmin etmək üçün, daim müharibələrə səbəb olur. Ancaq ABŞ -ın döyüşməyə cəsarət etməyəcəyi üç ölkə var.
İctimairey.az Çin nəşri Baijiahao-nun bu barədə yazdığını öz oxucularının diqqətinə çatdırır.
Nəşr qeyd edir ki, indi yer üzündə sülh dövrü olduğuna baxmayaraq, bu sülh mütləq deyil. Birinci və İkinci Dünya Müharibələrindən zərər çəkmiş ölkələrin əksəriyyəti sülhün vacibliyini dərk edir. Buna baxmayaraq, müasir siyasətin vacib cəhətlərindən biri müharibədir.
“Hər kəs daimi sülh və sabitlik içində yaşamaq istəyir, amma çox vaxt hər şey fərqli şəkildə bitir. İkinci Dünya Müharibəsindən sonra, yeni genişmiqyaslı müharibələr baş verməməsinə baxmayaraq, bəzi ölkələrdə lokal müharibələr tez-tez baş verir.
Hər bir yerli müharibəni araşdırsanız, belə nəticəyə gələ bilərsiniz: bunların hamısı az-çox Amerika Birləşmiş Ştatları ilə bağlıdır. Dünya lideri mövqeyinə güvənən ABŞ, digər ölkələrdə müharibələr başladır və suveren dövlətlərin daxili işlərinə qarışır.
“Bu, çox iyrəncdir. Bir amerikalı general bir dəfə çox təkəbbürlü bir bəyanat verdi. Amerikanın dünyanın hər hansı bir ölkəsinə qarşı, müharibə edə biləcəyini söyləməyə cəsarət etdi”- Baijiahao nəşri yazıb.
Çin qəzeti qeyd edir ki, lakin ABŞ-ın müharibə etməyə cəsarət etməyəcəyi ən azı üç ölkə var. Birinci ölkə Rusiyadır. SSRİ-nin dağılmasından sonra, Rusiyanın ABŞ-ın gözünə tikan kimi batdığına görə, iki ölkə arasında münasibətlər daim gərginləşir.
“Rusiyanın inkişafının qarşısını almaq üçün, ABŞ və NATO iqtisadi sanksiyalar tətbiq edib. Lakin, bu sanksiyalar nə Rusiya Federasiyasını dayandıra və nə də onun hərbi-texniki tərəqqisini cilovlaya bilir” – deyə Çin qəzeti yazır.
Baijiahao vurğulayıb ki, Rusiya təkcə nüvə silahına deyil, həm də nüvə sualtı qayıqlarının daşıya biləcəyi ən müasir raket silahlarına malikdir. “ABŞ bundan qorxur və tələsik hərəkət etməyə cürət etməyəcək”.
Çin qəzetinin yazdığına görə, ikincisi, ABŞ İsveçrəyə qarşı döyüşməyə heç bir vaxt cürət edə bilməz. Bu ölkənin neytral olduğunu dünyada hamı bilir. Birinci və İkinci Dünya Müharibələrində belə bitərəf qalıb. Üstəlik, bu dövlət heç vaxt heç kimə qarşı müharibə başlatmamışdır.
“İsveçrə öz etibarını belə qazanıb. Ancaq ən əsası, İsveçrə bankı dünyanın ən varlı adamlarının, prezidentlərinin və generallarının pullarını saxladığı yerdir. Birləşmiş Ştatlar bu ölkəyə qarşı müharibəyə başlamağa cürət etməyəcək, əks halda Amerika dərhal bütün planetin bir nömrəli düşməninə çevriləcək ” – deyə Baijiahao yazıb.
Üçüncü ölkə Əfqanıstandır. ABŞ-ın ona qarşı müharibə etməyə bir daha cəsarət edə bilməz. Çünki, bu Orta Asiya ölkəsində Amerika yönümlü NATO-nun 20 illik əməliyyatı Amerikaya çox baha başa gəldi. Üstəlik, bu müharibə ABŞ -ın məğlubiyyəti ilə başa çatdı.
“Əfqanıstanın gücü ABŞ -ın gücündən xeyli aşağı olsa da, təslim olmadı və amerikalılar üçün, əsl baş ağrısına çevrildi. Amerika Birləşmiş Ştatları bu ölkədə həm maddi, həm də hərbi potensialında ağır itkilər verdi ”, – məqalədə deyilir.
Daha əvvəl nəşr yazırb ki, Rusiyanın bir-iki ildən sonra, Arktikanın tam hüquqlu sahibi olacağına əmindir.
Esmira ŞÜKÜROVA İctimairey.az