Noyabrda Putinin Əliyev və Paşinyanla mümkün görüşü məlum olub

0

Putinin Əliyev və Paşinyanla görüşü noyabrın ilk ongünlüyündə Moskvada baş tuta bilər.
Rusiya prezidenti Vladimir Putinin Azərbaycan lideri İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü noyabrın birinci ongünlüyündə Moskvada baş tuta bilər.
İctimairey.az xəbər verir ki, şənbə günü, oktyabrın 23-də bu barədə RİA Novosti xəbər verib.
Qeyd olunur ki, bu görüş zamanı üçtərəfli bəyanatların imzalanması gözlənilir.
Agentliyin həmsöhbəti qeyd edib ki, xüsusən, regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı bəyanatın qəbulu gözlənilir. Bundan əlavə, onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasındakı sərhədin delimitasiyası və demarkasiyası prosesinə aid olan bir sənəd hazırlanır.
İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »