İran Daxili İşlər naziri Əhməd Vahidi ölkələrinə köç etmək istəyən əfqanları “İrana gəlməməyə” çağıraraq ehtiyaclarını olduqları zaman təmin edəcəklərini söyləsə də, bunu necə planlaşdırdıqları barədə məlumat verməyib.
İctimairey.az İranın rəsmi xəbər agentliyi İRNA –ya istinadən bildirir ki, Vahidi Əfqanıstanda baş verən hadisələrin səbəb olduğu köçlə əlaqədar açıqlama verib.
İrana gəlmək istəyən əfqanlardan öz ölkələrində qalmalarını xahiş edən Vahidi, “Əfqanıstan xalqından davamlı olaraq sərhədlərimizə gəlməmələrini xahiş edirik. Əgər ehtiyacları varsa, bunu Əfqanıstanda başqa vasitələrlə təmin edəcəyik” deyibdi.
Vahidi Əfqanıstanlı mühacirlərə kömək etmək üçün, səy göstərdiklərini, lakin məhdudiyyətlər səbəbindən İran sərhədinə keçməmələri üçün, onları razı salmalarını istədiklərini və yardımı necə çatdırmağı planlaşdırdıqları barədə məlumat verməyib.
İctimairey.az