Alec Baldvin film çəkilişində kinorejissor öldürüb

0

Filmin çəkilişləri zamanı məşhur aktyor Alec Baldvin tərəfindən atılan silahdan çıxan güllələr rejissorun ölümünə səbəb olub.

Hadisə ABŞ -ın Nyu Meksiko ştatında ‘Rust’ (Pass) filminin çəkilişi zamanı baş verib.
Santa Fe Şerifinin ifadəsində 63 yaşlı Alec Baldvinin 42 yaşlı kinorejissor Halyna Hutşins və 48 yaşlı rejissor Joel Souzanı vurduğunu təsdiqləyib.
Baldvin 19 -cu əsr kovboy filminin baş aktyorudur və eyni zamanda filmin prodüseridir. 
Baldvinin sözçüsü AP xəbər agentliyinə bildirib ki, hadisəyə boş tapançanın səhv atəşi səbəb olub.
Vertolyotla xəstəxanaya aparılan Hutşins aldığı xəsarətlər nəticəsində öldüyü, Souzanın isə təcili yardımla xəstəxanaya aparıldığı və müalicə aldığı bildirilir.
İctimairey.az xəbər verir ki, Santa Fe Şerifinin sözçüsü Juan Rios Fransız xəbər agentliyinə AFP -yə bildirib ki, Baldvin dedektivlər tərəfindən dindirilir. Faciədən sonra çəkilən filmin dayanacağında Balvinin əsəbi halda göründüyü bir fotoşəkil yayımlayib.
Qəzet yazır ki, müxbir müsahibədən sonra, aktyoru göz yaşları içində görüb.
Rios Baldvinin öz istəyi ilə polis bölməsinə getdiyini, ifadəsini verdikdən sonra, məntəqəni tərk etdiyini, hadisə ilə əlaqədar heç bir ittiham irəli sürülmədiyini və heç kimin saxlanılmadığını bildirilir.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »