Rusiyanın İvanovo vilayətindəki 4 saylı Cəzaçəkmə Müəssisəsində mühafizəçilər narkotik vasitə daşıyan bir pişiyi yaxalayıblar.
İctimairey.az xəbər verir ki, Rusiya Federal Həbsxana Xidmətinin (FSIN) İvanovo Bölgəsi Mətbuat Xidmətindən qeyri-adi açıqlama yayılıb. Bildirilir ki, 4 saylı Cəzaçəkmə Müəssisəsində sərbəst gəzən bir pişiyin yaxasına yapışdırılmış əşya mühafizəçilərin diqqətini çəkmiş və onun 5,91 qram narkotik maddə olduğu aşkarlanmışdı.
Həbsxanada baş verən maraqlı hadisədən sonra, pişik qapısı bağlı otaqda saxlanılsa da, narkotik göndərilməsində istifadə olunan pişik mühafizəçilərin gözündən yayınaraq, otaqdan qaçıb. İvanovo Rayon Prokurorluğu hadisə ilə əlaqədar araşdırma başlatarkən, Rusiya Federal Penitensiar Xidməti də eyni istiqamətdə araşdırma başladığını və pişiyin narkotikin hansı məhbus və ya məhkumlara apardığı ilə bağlı araşdırmaya başlamış.
Qeyd edək ki, Rusiyada pişiklər əvvəllər də məhkumlar tərəfindən həbsxanalara narkotik daşımaq üçün gizli istifadə olunurdu.
İctimairey.az