Ötən həftənin sonundan bəri Hindistan və Nepalda yağan güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 161 nəfər həyatını itirib.
Ötən həftənin sonundan bəri, Hindistan və Nepalda mövsümi normalardan artıq yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri balansı yüksəldib.
İctimairey.az Nepal Daxili İşlər Nazirliyi tərəfindən verilən xəbərə istinadən bildirir ki, bu gün daha 11 nəfərin həyatını itirmiş və ölkənin müxtəlif yerlərində sel və sürüşmə səbəbiylə həyatını itirənlərin sayı 88 nəfər olub. Afət İdarəetmə Departamenti ölümlərin çoxunun torpaq sürüşmələri nəticəsində baş verdiyini və hələ də 30 adamdan xəbər olmadığını açıqlayıb.
Sel və sürüşmə səbəbindən Doti və Kerala əyalətlərində yolları və körpüləri su basıb, bir çox evə ziyan dəyib.
Yüksək rütbəli polis məmuru Aşok Kumar ən çox ölümün Uttarakhandda qeydə alındığını, Nainital bölgəsinin daşqından ən çox zərər çəkdiyini və bazar ertəsi günü daşan Sarda çayının yaxınlığındakı bir yaşayış məntəqəsindən ən az 3 min insanın təxliyə edilməli olduğunu bildirib.
Uttarakhand əyalətinin baş naziri Puşkar Sinqh Dhami dünən ən çox zərər çəkən bölgələrdən biri olan Kumaonu ziyarət edib. Dhami daşqının böyük dağıntılara səbəb olduğunu və aradan qaldırılması üçün saylı günlərin lazım olduğunu bildirib. Həyatını itirənlərin yaxınlarına maddi yardım veriləcəyini açıqlayan Dhami, bölgə sakinlərinin bir çox problemlərlə üzləşdiyini xəbər verib.
İctimairey.az