Əfqan qadın voleybolçu Mahcabin Hakiminin Taliban yaraqlıları tərəfindən başının kəsildiyi xəbəri yayılıb. Əfqanıstan qadın milli voleybol komandasının məşqçisi Hakiminin öldürüldüyünü təsdiqləyib.
Gənc voleybolçu Mahcabin Hakiminin Taliban tərəfindən öldürüldüyü xəbəri bütün dünyanı sarsıdıb. Sosial mediada yayılan görüntülərdən sonra, bir çox xəbər mənbələrində Hakiminin Kabildə başının kəsildiyi bildirilir.
İctimairey.az İranlı jurnalist Muxtar Vefayinin Müstəqil Independentdə verdiyi xəbərə görə bildiri ki, ; Əfqanıstan qadınlardan ibarət milli voleybol komandasının məşqçisi bildirib ki, avqust ayında Taliban tam nəzarəti ələ keçirtmədiyi vaxtda, komandanın yalnız iki üzvü ölkəni tərk edib. Mahjabin Hakiminin qaça bilməyən bir çox qadın idmançıdan biri olduğunu söyləyən müəllimi, ailəsinin danışmamaqla təhdid edildiyi üçün, heç kimin bu dəhşətli cinayətdən xəbərdar olmadığını əlavə edib.
İngilis mətbuatı The Sunda yer alan xəbərə görə, Taliban yaraqlıları qadın idmançını qətlə yetirdikdən sonra, cansız bədəninin fotolarını sosial mediada paylaşıb. Ancaq sözügedən fotoşəkillərin Mahcabin Hakimiyə aid olduğu hələ müəyyən edilməmişdir.
Güloğlan Məmmədov İctimairey.az