Sibirdə bir boksçu qocaman qatil ayı öldürüb

0

Tümen vilayətində vəhşi ayı qəfl üç kişiyə hücum edib. Bir nəfər ilk həmlədə yırtıcının qurbanı olub, ikincisi yaralanmayıb, üçüncüsü isə, aldığı yaralara baxmayaraq vəhşi ayının öhdəsindən gəlib.
Hadisə bir gün əvvəl Uvat bölgəsində baş verib. Meşədə üç nəfər balıq tutmaqdan qayıdırmış, birdən İrtiş çayının sahilində bir ayı onlara hücum edir. Yırtıcı dərhal 48 yaşlı kişini həmən parçalayaraq öldürüb, daha sonra, cıynaqlarını 23 yaşlı gəncin çiyinlərinə batıraraq, yaralayıb. Ancaq gənc təslim olmayıb və ciddi yaralandığına baxmayaraq, ayı ilə döyüşə atılıb. Yumruğu ilə ona bir neçə zərbə vurduqdan sonra, bıçağını çıxarıb və ayıya bir neçə ölümcül zərbə endirib.
Qeyd edək ki, heyvanı məğlub edən 23 yaşlı oğlan Rusiya çempionatına və digər böyük yarışlara qatılan Tümen idman ustası İlya Medvedevdir. Ayı ilə qarşılaşan və yaralanmayan üçüncü balıqçı idmançını qayıqla xəstəxanaya çatdırıb. Medvedev hazırda ağır vəziyyətdə reanimasiyadadır.
Güloğlan Məmmədov   İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »