İran Prezidenti İbrahim Rəisi 35 -ci İslam Birliyi Konfransının açılışındakı çıxışında, İslam ölkələri və ümmətin birləşməli olduğunu söyləyib.
İslam dünyasının lideri, İslam dünyasının qarşısında əhəmiyyətli imkanların olduğunu qeyd edərək, “İslam ümməti ümumi məqsədlərə uyğun olaraq, qətiyyətli hərəkət etməli və əməkdaşlığı inkişaf etdirməlidir. Ümmətin özünü bağlamaq və kilidləmək haqqı yoxdur. Ümmətin ortaq məqsədi, İslam dünyası üzərində imperialist hökmranlığını aradan qaldırmaqdır”.
Reisi, – “İkinci Dünya Müharibəsindən sonra ortaya çıxan iki qütblü dünyada, Sovet İttifaqının dağılması ilə ABŞ özünü dünyada yeganə super güc olaraq görürdü. Bu gün isə, İslam dünyasını özünə təhlükə olaraq görür. Bu gün bölgədə İraq, Əfqanıstan, Suriya, Livan və Yəməndə İslam dünyasına düşmən olanların tələlərini görürük. Bu bölgələrdə separatçı və təkfirçi fikirlərdən istifadə edirlər. Bütün bu tələlər qarşısında ümmət olaraq birləşməliyik” – deyibdi.
İslam ölkələrinin və ümmətin birləşməli olduğunu bildirən lider, “Mərhum İmam Xomeyni ilə Dini Rəhbərimiz Ayətullah Əli Xamneyinin vurğuladığı birlik bu gün strateji əhəmiyyət və zərurətdir” – deyib.
Qərb dünyasının əvvəlki gücündə olmadığını deyən Reisi, İslam dünyasında və bütün dünyada gənclər arasında dinə və İslama olan marağın artdığına diqqət çəkərək deyib:
“Gənclər artıq Qərb ölkələrinə getmək istəmirlər. Əvvəllər Qərb mədəniyyətində yaşamaq istəyən gənclərin, bu gün belə bir istəyi yoxdur. İslam dünyasında və hətta bütün dünyada dinə və İslama maraq artıb. Gənclər Qərb ölkələrinin iddialarının etibarsız və çürük olduğunu gördü. İslam oyanışı başladı. Bu görüşlər İslamın oyanış proqramının ortaya çıxmasında mühüm rol oynayır. Bu gün bölgədə, xüsusən Livan və Əfqanıstanda ümmət üçün tələlər qurulur. Bunu anlamaq və görmək çox vacibdir “.
İranın paytaxtı Tehranda keçirilən 35 -ci Beynəlxalq İslam Birliyi Konfransı 24 oktyabr bazar gününə qədər davam edəcək. Konfransa 52 ölkədən ümumilikdə 514 spiker qatıldığı halda, 360 natiqin video konfrans vasitəsi ilə toplantılara qatılacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycandan konfransa kimin qatıldığının müəyyən edə bilmədik. Dini qurumlara edilən zənglər cavabsız qaldı.
İctimairey.az