Hər 16 ayda bir … Koronavirus peyvəndi almayanlara pis xəbər!

0

İngiltərədəki Lids Universitetində aparılan yeni bir araşdırma, aşılanmayan insanların ortalama olaraq, hər 16 ayda bir dəfə koronavirusa yoluxa biləcəyini açıqlayıb.
İngiltərə Səhiyyə Nazirliyi, virusdan sağ çıxan insanların ikinci və hətta üçüncü dəfə yenidən tutula biləcəyini açıqlayıbdı.
Qış yaxınlaşdıqca, elm adamları bunun tibb işçilərinin yükünü artıra biləcəyini xəbərdar ediblər. Lids Universitetindən virolq Stephen Qriffin, “Virusun asanlıqla yayıla biləcəyi mühitlərdə olan insanlar, məsələn, məktəblər, ikiqat peyvənd edilməsinə baxmayaraq, yenidən Covid-19 tutduğunun şahidi ola biləcəyik” deyib.
Ən son araşdırma, Covid əleyhinə toxunulmazlığın zamanla azaldığını göstərsə də, Danimarkada aparılan bir araşdırma, 65 yaşlı insanların ən az altı ay ərzində təxminən 80 %, 65 yaşdan yuxarılarda isə yalnız 47 % tutulduğunu açıqlayıb.
Alimlər Delta variantının ortaya çıxması ilə vəziyyətin daha da çətinləşdiyini vurğulayıblar. Londonun İmperator Kollecinin İmmunologiya professoru Danny Altmann, “Yenidən yoluxma riskinin, Delta’nın dominant variant olaraq qəbul edildiyi 2021 -ci ilin mayından bəri daha yüksək olduğu görünür” deyib.
Təxminən 3.9 milyon əhalisi olan ABŞ -ın Oklahoma əyalətində 5,229 adamın sentyabr ayında yenidən koronavirusa yoluxduğu bildirilir. Bu rəqəmlə, may ayından bəri yenidən yoluxmuşların sayı yüzdə 350 artıb.
Southampton Universitetinin ictimai sağlamlıq üzrə dosenti, doktor Nisreen Alvan, “İngiltərədə koronavirus infeksiyalarının artmasının, ilk infeksiyadan nisbətən tez bir zamanda ortaya çıxan ikinci infeksiyaların riski ilə əlaqədar olduğunu bilirik.”
Yale Universiteti Tibb Fakültəsindən Prof. Jeffrey Tovnsend, təkrar infeksiya riskinin artdığını ifadə edərək, “Maskalar və sosial məsafə qaydaları və peyvənd olmasaydı, hər üç ayda bir Covid-19 ilə ortalama bir insanın yenidən yoluxmasını gözlənilərdi”.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »