ABŞ-ın müdafiə naziri Lloyd Ostin Gürcüstanda rəsmi səfərdədir. Brifinqdə çıxış edərkən, o bildirib ki, Rusiya 2008-ci il razılaşmasına əməl etməli və qoşunlarını Abxaziya və Cənubi Osetiyadan çıxarlamlıdır.
İctimairey.az xəbər verir ki, bu haqda Ostin jurnalistlərin Gürcüstanın “3+3 platformasında” (Rusiya, Türkiyə, İram + Azərbaycan, Ermənistan, Gürcüstan) iştirakı ehtimalı və bunun Gürcüstanın Avroatlantik iteqrasiyası üçün təhlükə yaradıb-yaratmadığı haqda sualına cavab verərkən bildirib.
“Gürcüstan ərazilərinin 20 faizini işğal edən Rusiya hər hansı yeni platforma haqda danışmazdan əvvəl 2008-ci il atəşkəs haqda razılaşmaya əməl etməlidir”, – Ostin bildirib.
“3+3 platforması” və Gürcüstan
“3+3” formatının ideyasını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2020-ci ildə Dağlıq Qarabağ müharibəsindən sonra irəli sürüb.
Format regionda sülhün bərqərar olması üçün Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya və İran olmaqla altı ölkənin platformasını yaratmağı nəzərdə tutur, – Ərdoğan deyib.
İndiyə qədər Gürcüstan tərəfi 6 ölkənin daxil olacağı platformada iştirakdan imtina edib. Amma Ərdoğan 2021-ci ilin iyununda Azərbaycana səfəri zamanı bu təşəbbüsünü təkrarlayıb. Daha sonra Türkiyə bildirib ki, Qafqazda sülhə regional əməkdaşlıq vasitəsilə nail olmaq mümkündür və bu, bütün dünyanın xeyrinə olacaq.
“Yalnız Azərbaycan yox, Ermənistan da daxil olmaqla regionun bütün ölkələri, o cümlədən də, bütün dünya Qafqazda sülh və əminamanlıqdan udmuş olacaqlar”, – Ərdoğan bildirib.
Oktyabrın 9-da Gürcüstanın xarici işlər naziri David Zalkaliani İctimai telekanalın efirində bildirib ki, Gürcüstan “hansısa formada” “3+3” formatında iştirak etməlidir.
Amma elə eyni gün XİN nazirin bəyanatını təkzib edib və bildirib ki, David Zalkalianinin şərhi yanlış anlaşılıb.
Nazirliyin məlumatında bildirildiyinə görə, Gürcüstanın İctimai televiziyaya müsahibəsində nazir Gürcüstanın bu formatda təmsil olunmalı olduğunu deməyib.
ABŞ-ın müdafiə nazirinin Gürcüstana səfərinin nəticələri
Tbilisiyə səfəri zamanı Lloyd Ostin Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzeilə birlikdə Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsi üzrə təşəbbüs imzalayıb.
Müdafiə nazirinin sözlərinə görə, bu təşəbbüs Gürcüstanın Silahlı Qüvvələrinin gücləndirilməsinə və Gürcüstanla ABŞ-ın tərəfdaşlığının möhkəmləndirilməsinə xidmət edir.
ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze. Foto: reuters
“Bu, ölkələrimiz arasında təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığımızın yeni həyəcanlı mərhələsindən xəbər verir. Biz dəqiq Gürcüstanın müdafiə hazırlığı proqramından baza kimi istifadə edəcəyik, Gürcüstanın NATO ilə qarşılıqlı fəaliyyətini, Gürcüstanın Müdafiə Nazirliyinin və Gürcüstanın Silahlı Qüvvələrinin modernləşdirilməsini və inkişafını dəstəkləyəcəyik. Bu təşəbbüs bizim ümumi təhlükəsizlik maraqlarımızı inkişaf etdirəcək və dəstəkləyəcək, gələcəkdə bizim tərəfdaşlığımızı daha da möhkəmləndirəcək”, – Lloyd Ostin deyib.
Ostinin sözlərinə görə, qarşılıqlı anlayış haqda Memorandum ABŞ Müdafiə Nazirliyinin Gürcüstana müdafiədə yardım göstərmək, təcavüzün qarşısını almaq və Avroatlantika yolunda irəliləməsini dəstəkləmək üzrə uzun müddətli siyasətini təsdiqləyir:
“Gürcüstan hökuməti Birləşmiş Ştatların dəstəyindən yararlanmaq üçün öz töhfəsini verməli və Gürcüstanda demokratiyanı gücləndirməli, Gürcüstanın Qərblə yaxınlaşması üçün vacib olan islahatları həayta keçirməlidir”.
ABŞ-ın müdafiə naziri həmçinin Twitter akkauntunda da imzalanmış təşəbbüs haqda qeyd edib və bildirib ki, bu təşəbbüs ABŞ-ın Gürcüstanı gücləndirmək səylərini təsdiqləyir.
Mətbuat konfransında çıxış edərkən, Ostin Qafqaz regionu haqda da danışıb və bildirib ki, bura Birləşmiş Ştatlar və Gürcüstanın ümumi maraqlarının olduğu mühüm regiondur.
“Bizim ümumi dəyərlərimiz var, biz təhlükəsizlik sahəsində əməkdaşlığın davam etdirilməsi üçün bir sıra imkanlar görürük. Yenə də, mən buradayam ki, tərəfdaşlığımıza verdiyimiz böyük önəmi qeyd edim.
Gürcüstanın İraq və Əfqanıstandakı töhfələrinə gəlincə, mən bir daha Gürcüstanın bizimlə çiyin-çiyinə oynadığı mühüm rolu vurğulayıram. Mən öz təcrübəmdən sizə deyə bilərəm ki, Gürcüstanın əla ordusu var. Sizin bildiyiniz kimi bu iki müharibə bizim münasibətlərimizi müəyyən etmir. Bizim ümumi maraqlarımız var və biz bunların üzərində işə davaç edirik. Bir daha Gürcüstanı və bütün dünyanı aramızda yaranan gözəl münasibətlərdə əmin etmək istəyirəm”, – ABŞ-ın müdafiə naziri bildirib.
ABŞ-ın müdafiə naziri Lloyd Ostin Gürcüstana bu gün gəlib. O, Gürcüstan, Rumıniya və Ukraynada NATO Nazirlər Şurasının 21-22 oktyabrda baş tutacaq toplantısı ərəfəsində görüşlər keçirir.
Tbilisidə görüşün əsas məqsədi müdafiə müdafiə sahəsində əməkdaşlığa dəstəkdir, çünki bu il ABŞ ordusunun üçillik hazırlıq proqramı başa çatır.
Qeyd edək ki, Moskva NATO-da Rusiya nümayəndəliyini bağlayır. Rusiyanın XİN rəhbəri Sergey Lavrovun sözlərinə görə, münayəndəlik işini noyabrın 1-də başa çatdıracaq. Noyabrın 1-dən NATO-nun Moskvadakı nümayəndəliyinin fəaliyyəti də dayanacaq.
Lavrovun sözlərinə görə, Moskva ilə əlaqə üçün alyans Rusiyanın Belçikadakı səfirliyi ilə əlaqə yarada bilər.
“Rusiya yaxın gələcəkdə NATO ilə münasibətlərinin dəyişəcəyini artıq gözləmir”, – Lavrov deyib.
İctimairey.az