ANKARA, 19 oktyabr İctimairey.az . Anadolu xəbər verir ki, Ankara prokurorluğu 2016 -cı ilin iyulunda çevriliş cəhdi təşkil etməkdə günahlandırılan müxalifət vaiz Fətullah Gülənlə əlaqədə şübhəli bilinərək, 123 hərbçinin və hərbi akademiya kursantlarının həbsinə order verib.
Bildirilir ki, Türkiyənin 18 əyalətində 73 əsgər və 50 kursantın saxlanılması əməliyyatı aparılır.
Türkiyə hakimiyyəti FETÖ (Fətullahçı Terror Təşkilatı) adlandırdıqları Gülən təşkilatını 2016 -cı ilin iyulunda dövlət çevrilişinə cəhddə ittiham edir. Türkiyədə qiyamdan sonra, 80 mindən çox adam həbs olunub və ordu da daxil olmaqla, 150 minə yaxın məmur işdən qovulub və ya işdən uzaqlaşdırılıb.
İctimairey.az