“Şarlı Qız” tablosu illər əvvəl Londonda baha qiymətə satılmışdı. Eyni əsər parçalansa da, dünən gecə eyni yerdə daha 16 qat baha satılıb.
İngilis küçə rəssamı Banksynin “Özünü məhv edən” məşhur əsəri olan “Şarlı Qız”, “Sevgi zibil qutusunda” adlı rəsm əsəri Londondakı Sothebys hərrac evində satışa çıxarılıb.
İctimairey.az xəbər verir ki, hərracçı Olive Barker hərrac başlamazdan əvvəl rəsmin üç il əvvəl bir avropalı sərmayəçiyə satıldığını və əsərin hərrac otağında parçalanması gözlənilməz bir performans sənətinə çevrildiyini söyləyib.
2.5 milyon funt sterlinqlik təklifləri ilə başlayan qiymət, çox sayda təklif verildikcə, bir neçə dəqiqə ərzində 10 milyon funt sterlinqə çatıb.
Daha sonra, getdikcə yarış qızışıb və təkliflər tədricən rekord həddə – 21 milyon avroya yüksəlib.
İctimairey.az