Mümkün olduğunda uşaqlarınızı qucaqlayın – bu onları daha ağıllı və sağlam edəcək!
Uşaqlarınızı mümkün qədər tez -tez qucaqlayın. Əgər zərif qucaqlaşmalar artıq sizə tanışdırsa – əla, yoxsa – əksinə. “Qucaqlaşmağı” ənənənizə çevirin. Və bir gün övladlarınızdan bunun üçün “təşəkkür edirəm” sözünü eşidəcəksiniz.
İctimairey.az xəbər verir ki, sosioloq alımlərin son araşdırmalar göstərib ki, fiziki məhəbbət nümayiş etdirən qucaqlaşma uşaq inkişafı üçün son dərəcə vacibdir.
Amerikanın Ohayo əyalətinin Milli Uşaq Xəstəxanasında 125 körpənin vəziyyətini – vaxtından əvvəl və tam dünyaya gələn körpələri araşdırmaçılar təhlil edib.
Nəticələr göstərib ki, daimi yumşaq uşaq baxımı və tez -tez qucaqlaşma zamanı beyində güclü reaksiyalar baş verir və körpələrin inkişafı sürətlənir. Yəni uşağınıza olan sevgi və həssaslığın təzahürü nəinki sizin xeyirxahlığınızı və insanlığınızı göstərir, həm də ona böyük fayda gətirir.
Layihənin aparıcı tədqiqatçısı, doktor Natali Materin sözlərinə görə, belə sadə və dünyəvi hərəkət uşağın beyninin fəaliyyətinə ciddi təsir göstərir. Qucaqlaşma, həssaslığın artmasına səbəb olan və ana ilə körpə arasında bağlılığın yaranmasından məsul olan əhəmiyyətli miqdarda oksitosin buraxır.
Esmira ŞÜKÜROVA İctimairey.az