Bağdad sakini səsvermədən əvvəl öldüyünə baxmayaraq, İraq parlamentinə seçilib.
İctimairey.az xəbər verir ki, bu barədə TASS Al Arabiya telekanalına istinadən məlumat yayıb.
Bağdad sakini Ansam Manuel, müstəqil bir namizəd olaraq seçkilərə qatılıb və 2400 səs toplayıb, baxmayaraq ki, yayda COVID-19-a yoluxub, bir aydan çoxunu xəstəxanada keçirib və avqustun sonunda ölüb.
Belə bir namizədin parlamentə keçməsinin ictimaiyyət tərəfindən tənqidlərə səbəb olduğu və İraq hakimiyyətini saxtalaşdırmaqda günahlandırdığı qeyd edilir, ancaq mərhumun ailəsi baş verənləri izah etib.
Qohumları Ansam Manuelin namizədliyini təkbaşına irəli sürdüyünü, ancaq xəstəliyi məğlub edə bilmədiyini bildiriblər. Onun adı texniki səbəblərə görə, seçki bülletenlərindən çıxarılmayıb. Dostları və tərəfdarları “gənc qadına erkən ayrıldığına xatirə, minnətdarlıq və hörmət əlaməti olaraq” səs veriblər, lakin, bəzi seçicilər baş verənlərdən xəbərsiz olublar.
Hüquqi baxımdan, səslərin sayına görə, növbəti namizəd parlamentdə yer alacaq. İrakda 2022-ci ilə planlaşdırılan seçkilər vaxtından əvvəl keçirilib, müşahidəçilər saxtakarlıq olduğunu aşkarlayıb, bəzi partiyalar nəticələrini tanımaqdan imtina ediblər. Səsvermə faizi də 30 faizdən çox aşağı olub.
Qeyd edək ki, italyan faşist diktatoru Benito Mussolininin nəvəsi Roma şəhər məclisinə seçkilərdə qalib gəlib. İndi 47 yaşlı Raquele Mussolini, 8.2 min seçicinin etibarını qazanaraq, “İtaliya Qardaşları” partiyasından bələdiyyə millət vəkili olacaq. 2016-cı ildə, son seçkidə Mussolini 657 səs qazanmışdı. 2021-ci ildə isə, Romada ən uğurlu və populyar namizəd olub.
İctimairey.az