Azərbaycan və Ermənistan liderləri münaqişənin sona çatmasında Rusiya Federasiyası rəhbərinin xüsusi rolunu qeyd ediblər.
İctimairey.az Kremlin saytına istinadən bildirir ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağdakı vəziyyət və rus sülhməramlılarının işi ilə bağlı çıxışlarına münasibət bildirib.
“Bütün bunlar, rus müdrikliyimizi bir daha təsdiqləyir: pis sülh belə, yaxşı müharibədən daha üstündür və hər hansı bir müharibədənsə, barışıq yaxşıdır və s.”- Putin qeyd edib.
Bundan əvvəl, Əliyev və Paşinyan Putinin Qarabağ münaqişəsinin sona çatmasında xüsusi rolunu qeyd etmişdilər. Ölkə liderləri Rusiya liderinin hərəkətlərinin hər iki tərəfdən minlərlə itkilərin qarşısını almağa kömək etdiyini vurğulayıblar.
İctimairey.az