Qadın təmiz hava almaq üçün balkona çıxıb və tələyə düşüb – pişik içəridən qapını bağlayıb. Xanımı özündə gəzdirdiyi telefon xilas edib.
Arxangelsk bölgəsində, pişik koronavirus xəstəsi olan sahibəni balkondan içəri buraxmayıb. İctimairey.az xəbər verir ki, bu barədə Regional Dispetçer Xidməti məlumat yayıb.
Hadisə Velski rayonunun Qorka Muravyovskaya kəndində baş verib. Bir xəstə qadın təmiz hava almaq üçün eyvana çıxıb. Bu zaman ev pişiyi qapını içəridən bağlayıb. Eyni zamanda, kilidə açar daxil edildiyindən, evi kənardan açmaq mümkün olmayıb. Balkonda girov qalan qadın cib telefonu ilə 112-yə zəng edib.
“Pişik məni eyvanda kilidləyib. Bu gülməli gəlir, amma nə etməliyəm? Qonşular mənzilimin qapısını aça bilmirlər. Açar var, amma açar içəridən kiliddə qalıb. Bilmirəm necə çıxa bilərəm. Dördüncü mərtəbədə yaşayıram. Məni burdan çıxartsanız da, mənzilə daxil ola bilməyəcəyəm” – deyə qadın çətin vəziyyətdə qalıb.
Qadının dadına yanğınsöndürənlər çatıb. Onlar quldur pişik tərəfindən təcrid olunan korona xəstəsi sahibəni xilas ediblər. Mənzilin qapısını açıb, girovu eyvandan azad ediblər.
İctimairey.az