Tarixdə insanların yox olmaq təhlükəsi ilə üzləşdiyi bir neçə hadisə baş verib. Düzdür, bəzi hallarda müəyyən fərdlərin əzmi və böyük beyin qərarları sayəsində insanlar yer üzündən silinməkdən xilas olub. Amma, təbiətdə elə fəlakətli hadisələr olur ki, beyin qərarlarının gücü xilasa yetmir.
Təxminən 70 min il əvvəl İndoneziyanın Sumatra adasında Toba vulkanı oyandı. Onun püskürməsi son 25 milyon ildə Yer kürəsində ən böyük vulkan oyanışlarından biri hesab olunur. Partlayış altı il ərzində Günəşə maneə törətmək üçün, atmosferə kifayət qədər kül atdı, bu da Yerdəki istiliyi 3-6 ° C aşağı saldı və Avrasiya, Afrikada yaşayan heyvanların və insanların kütləvi şəkildə məhv olmasına səbəb oldu. Bəzi məlumatlara görə, bu dövrdə fəlakət nəticəsində insanlar həmin ərazidə 2000-5000 milyona qədər azalıb.
İctimairey.az