Son vaxtlar raket sınaqları ilə dünyanı narahat edən Şimali Koreyada əsgərlərin sərgilədiyi güc nümayişi böyük səs salıb. Şimali Koreya lideri Kimin yaxından izlədiyi nümayişdə əsgərlər yumruqları ilə kərpic və betonu parçalayır, şüşə və bıçaqlarla akrobatik döyüş hərəkətləri ediblər. Təbliğat videosu kimi şərh edilən görüntülər, beynəlxalq medianın gündəmində geniş yer alıb.
Koronavirusun yaratdığı iqtisadi böhranla mübarizə apararkən raket sınaqlarını sürətləndirən Şimali Koreya, bu dəfə əsgərlərin nümayişi ilə beynəlxalq medianın gündəmindədir.
Prezident Kim Çen In və Şimali Koreya ordusundakı yüksək rütbəli hərbçiləri əsgərlərin qeyri-adi hərəkətlərini yaxından izləyibdi. Şimali Koreyalı analitik Martyn Villiamsın sosial mediada paylaşdığı kadrlarda əsgərlər yumruqları ilə kərpic və beton parçalayır, şüşə və bıçaqların üstünə uzanır və akrobatik döyüş hərəkətləri edirlər.
Kim Çen Inın əsgərlərin ifasını böyük məmnuniyyətlə izlədiyi görünür. Təbliğat videosu kimi şərh edilən görüntülər Şimali Koreyanın nüvə raketləri ilə bağlı açıqlamalarından sonra yayılıb.
Şimali Koreya sınaqların səbəbinin ABŞ-ın istilasını dayandırmaq olduğunu iddia etsə də, “Koreya Yarımadasında baş verə biləcək müharibənin qarşısı ABŞ-ın mərhəməti ilə bağlı deyil. Bunun səbəbi, ölkəmizin gündən-günə artan çılğın qüvvəsidir. İşğalçı qüvvələri nəzarət altında saxlayır” açıqlaması yayılıb.
Esmira ŞÜKÜROVA İctimairey.az