Bu gün rayonumuzun şəhidləri – Abbaslı Teymur Feyruz oğlu və Nəcəfov Yusif Nadir oğlunun şəhadətə qovuşmalarından bir il ötdü.
Teymur Füzuli və Xocavənd uğrunda gedən qanlı döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Yusif isə, Murovdağ döyüşlərində fədakarlıq göstərərək Vətən uğrunda həlak olub. “Vətən uğrunda” medalı ilə təltif edilib.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, həmkarlarım Ülvi Quliyev, Səbinə Xasayeva və Erkin Qədirli ilə birlikdə Fəxri Xiyabanda şəhidlərimizin məzarını ziyarət edib, əzizlərinə başsağlığı verdik. Allah rəhmət eləsin!
Millət Vəkili Elnur Allahverdiyev