Salyanda şəhid Ələkbər Bəndəliyevin valideyninə “Laçının azad olmunmasına görə” medalı təqdim olundu.
Salyanda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan mayor Vidadi Əhmədovun və Ələkbər Bəndəliyevin ildönümləri qeyd edilmiş, xatirələri ehtiramla yad olunmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri mayor Vidadi Əhmədovun və Ələkbər Bəndəliyevin şəhadətlərinin ildönümü ilə əlaqədar məzarlarını və ailələrini ziyarət etmişlər.
Şəhidlərimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verən Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxışında bildirdi ki, elə oğullarımız var ki, qısa ömür yaşasalar da, unudulmaz əməlləri ilə əbədiyyətə qovuşub.
Özündən sonrakı nəsillərə örnək olur, vətəni, torpağı, milləti bütün insanlara sevdirməyi öyrədir. Bir anın içiində böyük qəhrəmana çevrilir. Yaşadığı torpağa, ailəyə, el-obaya örnək olur. Salyan elinin unudulmaz oğullarında biri də, şəhid Ələkbər Bəndəliyevdir.
Daha sonra, İB-sı Sevindik Hətəmov şəhid Ələkbər Bəndəliyevin Prezident İlham Əliyev tərəfindən verilmiş “Laçının azad olunmasına görə” medalını onun valideyninə təqdim etmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Fuad QƏHRƏMANOV İctimairey.az