Saxta kovid pasportları ilə bağlı ölkədə işbazlara dəfələrlə xəbərdarlıq edilib. Hətta brifinqlərdə həmin şəxslərin məsuliyyətə cəlb ediləcəkləri də bildirilib. Lakin, görünür ki, izbazlar bütün xəbərdarlıqlara məhəl qoymayaraq, pul qazanmaq müqabilində insanların həyatını təhlükə altına atmaqda davam edir.
Bu dəfə xəbərlər Şamaxı şəhərindən gəlib. Məlum olub ki, “COVİD-19” əleyhinə vaksinasiya olunmalarla bağlı, Şamaxı rayon Mərkəzi Xəstəxanasında saxta sənədlər verilirmiş.
Pul müqabilində razılaşaraq “COVİD-19” əleyhinə peyvənd olunmadıqları halda şəxslərə I və II doza vaksin oluhmaları ilə bağlı tibbi sənədlər tərtib edərək, həmin məlumatları elektron məlumat bazasına yerləşdirməsinə əsaslı şübhələr müəyyən edilib.
Hazırda qeyd olunmuş cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə Şamaxı şəhər Prokrorluğunda istintaq başlayıb.
İctimairey.az