Fransız astronavt Tomas Pesket yer atmosferində nadir bir fenomenin görüntüsünü paylaşıb.
İctimairey.az xəbər verir ki, o, bu barədə öz “Twitter” səhifəsində yazıb.
Çəkiliş Avropa üzərində lentə alınıb. “Kosmosdan bu, bir atom bombasının partlamasına bənzəyə bilər, amma əslində yer üzündə, demək olar ki, heç kim bunu fərq etməmişdir”.
“Avropa üzərində baş verən bu partlayışın nə olduğu araşdırıldıqdan sonra, məlum olub ki, bu güclü işıq fenomeni atmosferin yuxarı qatında baş verib. Bu cür hadisələrin müşahidəsi daniya markalı kompleksinin köməyi ilə həyata keçirilir və buna görə, ilk olaraq bu fotoşəkili çəkən astronavt Andreas Moqensenə təşəkkür edirəm”- deyə, fransız kosmonavtı orbitdən səslənib.
Belə bir hal, buludlar və ionosfer arasındakı yuxarı atmosferdə, 10-70 kilometr yüksəklikdə, qısamüddətli (birdən yüz milisaniyəyə qədər davam edən) elektromaqnit şüalanması zamanı müşahidə olunur. Onların emissiyası görünən işıqdan ultrabənövşəyi radiasiyaya və bəzən də, qamma radiasiyasına qədər geniş bir spektral diapazonda baş verir.
Partlayışın ölçüsü onlarla və yüzlərlə kilometrə çatır. Bunun elektrik cərəyanı tərəfindən istehsal olunan parlaq bir plazma olan atmosferin yuxarı hissəsinə xas olan xüsusi bir ildırım növü olduğu təhmin edilir.
Güloğlan Məmmədov İctimairey.az