Milli Məclis “Müstəqillik Günü haqqında” qanun layihəsini birinci oxunuşda təsdiq edib

0

Azərbaycan Respublikasının Milli Məclisi “Müstəqillik Günü haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
İctimairey.az AZƏRTAC-a istinadən xəbər verir ki,, qanun layihəsi parlamentin oktyabrın 11-də keçirilən iclasının gündəliyinə daxil edilmişdi.
Qanun layihəsinə əsasən, mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü elan edilməsi nəzərdə tutulur. Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd olunacaq.
Qeyd edək ki, ölkəmizdə indiyə qədər mayın 28-i Respublika Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu.
İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »