Millət Vəkili Elnur Allahverdiyev: Erməni vəhşiliyini, Gəncə bombardmanlarını heç vaxt unutmayacağıq.
Allah şəhidlərimizə rəhmət etsin!
Ötən ilin oktyabr ayında 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə Ermənistan silahlı qüvvələri tərəfindən 5 dəfə atəşə tutulub. Uzaq mənzilli raketlərlə!
Növbəti cinayət oktyabrın 10-dan 11-ə keçən gecə törədilib. Bu, aktiv döyüşlərin getdiyi bölgədən kənarda olan iri yaşayış məntəqələrimizə edilən ilk ciddi hücum idi.
Oktyabr ayı ərzində edilən 5 raket bombardmanı nəticəsində 27 mülki vətəndaşımız şəhid olub, 125 nəfər yaralanıb. Şəhər infrastrukturu və vətəndaşların əmlakına böyük ziyan dəyib.
Bu hücumlar Ermənistan rəhbərliyinin və ermənilərin aqressiv xisləti və cinayətkar təbiətlərini bütün çılpaqlığı ilə dünyaya nümayiş etdirib. Gəncəni atəşə tutan hər bir qurğu ordumuz tərəfindən darmadağın edilib, həlak olan vətəndaşlarımızın qisası alınıb.
Erməni vəhşiliyini, Gəncə bombardmanlarını heç vaxt unutmayacağıq. Allah şəhidlərimizə rəhmət etsin!
Güloğlan Məmmədov İctimairey.az