Hz. Məryəm Türkiyədə zeytun ağacı əkib! Bir dua ilə, bu günə qədər kök atan ağac meyvə verir

0

Hollandiyalı araşdırmaçı Ticia Verveer Manisanın Kırkağaç rayonunda apardığı araşdırma nəticəsində, 1659 yaşında olan, dünyanın ən qədim meyvə verən zeytun ağacının Həzrəti İsa ilə yaşıd olduğunu söyləyib.

Əfsanəyə görə, Hz. Məryəmin bu zeytun ağacını – “Dünya var olduğu müddətcə, bu zeytun ağacı yaşamağa davam edəcək” – deyərək əkdiyi güman edilir.
Türkiyənin Kırkağaç mahalında, Bakır Mahallesi Emirahmetdəki 1659 illik “monumental zeytun ağacı”, Mədəni və Təbii İrsin Qoruma Şurası tərəfindən qeydiyyata alınaraq, mühafizə altına alınmışdır.
Gövdə diametri 10,6 metr, tac diametri 13 metr və hündürlüyü 6,84 metr olan dünyanın ən qədim meyvə verən ağacı olaraq qeydə alınan ‘monumental zeytun ağacı’, eyni vaxtda Edremit, Gemlik, Uslu və Domat olmaqla, 4 fərqli zeytun növündə bar verməyə malikdir.

Hollandiyalı tədqiqatçı Ticia Verveerə görə, Roma dövründə əkilmiş ağacın yaşı Hz. İsa qədər qədimdir.
Kırkağaç Əkinçilik Palatası Başçısı Emin Özarı, bölgədəki zeytun yığımına son illərdə simvolik olaraq “anıtsal zeytun ağacı” ndan başladıqlarını söyləyir. Özarı, “Ağacımızın rəsmi olaraq 1659 yaşı var. Bu, Abidələr Şurası tərəfindən elmi araşdırmalarla sübut edilmiş və qeydə alınmışdır”- qeyd edib.
Hollandiyalı araşdırmaçı Ticia Verveer, etdiyi karbon testində ağacın 2019 yaşında olduğunu söyləyir. Hətta İsa ilə eyni yaşda olduğunu söyləyənlər də var. Rəvayətə görə, HZ. Məryəm Berqamadan Efesə gedərkən, buradan keçib və əlindəki seytun fidanını bu yerə basdırır və deyir ki, “Dünya var olduğu müddətcə, bu zeytun ağacı yaşamağa davam edəcək. “Bunu sübut edə bilərəmmi? Xeyr, amma bu əsrlərcə, ağızdan-ağıza keçərək, bu günəcən insanlar arasında danışılan bir rəvayətdir.” Verveer Ticia.

Güloğlan Məmmədov  İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »