Fotoqraf Bove Formosa çayının dərinliyində qəfldən Anakonda ilanı ilə burun-buruna gəlib

0

Fotoqraf Bove Formosa çayının dərinliyində qəfldən Anakonda ilanı ilə burun-buruna gəlib
Sualtı fotoqraf Bartolomeo Bove Braziliyada Formoso çayının dərinliyinə dalarkən, 7 metr uzunluğunda və 90 kiloqram ağırlığında bir anakonda ilanı ilə qarşılaşıb.
Zəhərli olmayan yaşıl anaconda ilanları su altında 10 dəqiqə qala bilən canlıdır.
Sualtı operator Bartolomeo Bove Formoso çayının dərinliyinə dalıb, orada nə isə yeni bir kəşf edəcəyini düşünürdü. Lakin qəfldən qarşısına çıxan və onunla göz-gözə dayanan anakonda ilə üzləşib.
Dünyanın ən böyük ilanlarından olan Anacondas, təbiətdə hələ də tam öyrənilməmiş, sirrli bir mövqe tutur. Özlərini çox yormayan bu canlılar, nadir hallarda aqressiv hərəkətlərə yol verərlər.
Tamaşaçıların nəfəsini kəsən qorxunc kadrlarda, qarşısındakı operatoru görən Anaconda səssizcə Bovedən uzaqlaşmağa üstünlük verir.
Uzunluğu 7 metr və çəkisi 90 kiloqram olan dişi anakonda ilə tanış olmağı bacaran Bove, bənzərsiz anları sosial media səhifəsində yayımlayıb.
Güloğlan Məmmədov  İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »