Fransa 1 Liqanın komanda üzvləri Lyon və Nantes Kerem Aktürkoğlunun Qalatasaraya transferi üçün təklif verməyə hazırlaşır.
Yanvar ayında iki fransız klubunun 6 milyon avro təklifinin müqaviləyə daxil ediləcəyi məlun olub.
İctimairey.az Türk mediyasına istinadən xəbər verir ki, Qalatasaraydakı performansı ilə Avropa komandalarının radarına düşən Kerem Aktürkoğluna təkliflər gəlməyə başlayır. Lion və Nantesin gənc ulduzun transferini başa çatdırmaq üçün, yarışdıqları bildirilir.
Xəbərə görə; Nantes və Lyon Kerem Aktürkoğlu üçün 6 milyon avro ilə Qalatasarayın qapısını döyəcək. Hələlik Nantesin bu transferə daha çox həvəsli olduğu bildirilir. Ancaq, hər iki klub danışıqlara açıqdır və danışıqların bir müddət davam etməsi gözlənilir.
Nantes tərəfindən Keremlə əlaqədar olaraq, futbolçunun bir-iki ildə 20-25 milyon avro kimi daha yüksək rəqəmlərə çatacağı planlaşdırılır. Bu səbəbdən gənc oyunçunun növbəti satışından əldə ediləcək pay, təklif paketinə daxil ediləcək. Lionun da oxşar təkliflər hazırladığı xəbərlər arasındadır. Ötən mövsümün Ozan Kabakın Stuttgart’a 11 milyon avroya satışını təsdiq edən “Qalatasaray” ın Keremlə bağlı təkliflərinə necə qarşı çıxacağı maraq doğurur.
Qalatasaray rəhbərliyinin müqaviləyə 15 milyon avroluq sərbəst buraxılış maddəsi əlavə etmək istədiyi qeyd edilir. Keremin meneceri isə, bu rəqəmin çox yüksək olduğunu hesab edir. Kluba yaxın mənbələr danışıqların bir həftə ərzində müsbət nəticə verəcəyini bildirir.
Güloğlan Məmmədov İctimairey.az