Avstriya kansleri Sebastian Kurz korrupsiyaya bulaşdığı səbəbindən istefa verdi

Sebastian Kurz 9 oktyabr şənbə günü kansler vəzifəsindən istefa verdiyini açıqlayıb. Vyanada keçirdiyi mətbuat konfransında “kreslosunu boşaltmaq” istədiyini və Federal Prezident Aleksander von der Bellenə yerinə xarici işlər naziri Aleksander Şellenbeqi təyin etməyi təklif edib.
Kurz mətbuat konfransında “Ölkəm mənim üçün şəxsiyyətimdən daha önəmlidir” – deyib. Onun sözlərinə görə, Avstriya Xalq Partiyasının (ÖVP) parlament qrupunun lideri olaraq parlamentə qayıtmaq və partiyanın lideri olaraq qalmaq istəyir.
Bir gün əvvəl korrupsiyaya qarşı mübarizə ilə məşğul olan prokurorluq Kurz barəsində istintaqa başlayıb. O, etibardan sui-istifadə, rüşvət və korrupsiyada günahlandırılır. İctimairey.az xəbər verir ki, mətbuatda yayılan məlumatlara görə, axtarışlar Kurzun ofisində, ÖVP qərargahında, kanslerin sözçüsü Johannes Frisçmanın, mətbuat katibi Gerald Fleisçmanın və müşaviri Stefan Steinerin ofislərində aparılıb.

Araşdırmaçılar hesab edir ki, Kurz 2016-cı ildən 2018-ci ilə qədər Avstriya Maliyyə Nazirliyi, ÖVP üçün faydalı rəy sorğuları göndərmək qarşılığında yerli qəzetdəki reklamları maliyyələşdirmək üçün, büdcə vəsaitlərindən istifadə etmişdir. Bunun Kurzun partiyadan iqtidara gəlməsinə, daha sonra isə, federal kansler vəzifəsini tutmasına imkan verən planın bir hissəsi olduğu güman edilir.
Kurz ilk dəfə 2017-ci ildə 31 yaşında ikən hökumət başçısı olaraq, and içib. Bundan əvvəl isə o, 27 yaşında Avstriya Xarici İşlər Nazirliyinə rəhbərlik edən ən gənc siyasətçi olub
Kurz qonşu Almaniyanın həyata keçirdiyi qonaqpərvərlik siyasətini kəskin tənqid edib, Avropa Birliyinə qeyri-qanuni köç axınlarını kəsmək, Avstriya sərhədlərini qanunsuz mühacirlərdən bağlamaq çağırışı edib. O, Avstriyada ictimai yerlərdə burkanın (çadranın) qadağan edilməsinin tərəfdarı idi və miqrantlar üçün inteqrasiya proqramını dəstəkləyib. Eyni zamanda, Alman dilinin, Avstriya mədəniyyətinin məcburi öyrənilməsini tələb edib.
Esmira ŞÜKÜROVA İctimairey.az

Comments are closed.

Tərcümə »