Suqovuşanın azad olunması qələbəmizi sürətləndirdi

0

Suqovuşanın azad olunması qələbəmizi sürətləndirdi

2020-ci il 3 oktyabr tarixində Suqovuşan qəsəbəsi işğaldan azad edildi. 3 gün öncə böyük qürur hissi ilə Suqovuşan qələbəsinin ildönümünü qeyd etdik. Məhz Suqovuşan qəsəbəsinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyətə malik olmuşdur.
Qəsəbənin azad olunması çox böyük əhəmiyyət kəsb edirdi. Çünki bu qəsəbənin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı və qəsəbənin əlimizdə olması bizə gələcək əməliyyatlarımızda üstünlük təşkil edirdi.
Bu, çox əlamətdar hadisə idi, müharibənin ilk günlərində strateji qəsəbəni işğaldan azad etmək böyük uğurdur və əsgərlərimizin döyüş ruhunun yüksəlməsinin səbəbidir. Xatırlayaq ki, Talış kəndi və Suqovuşan qəsəbəsi bir gündə işğaldan azad edilmişdir. Burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmən yerləşmişdi.
Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi. Müharibənin ilk günündə əldə edilmiş qələbələrdən sonra növbəti yaşayış məntəqələrinin azad edilməsi xalqımıza əlavə güc və ruh yüksəkliyi verdi. Suqovuşan qəsəbəsinin azad edilməsi nəticəsində əldə olunmuş üstünlüklər Böyük Qələbə Zəfərimizi sürətləndirdi.
Çünki bu ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi. Ərazinin azad olunması bölgədəki strateji yollara da nəzarətimizi təmin etdi və düşmənin canlı qüvvəsinin hərəkəti üçün, manevrləri üçün çox böyük problemlər və məhdudiyyət yaradıldı. Talış kəndinin və Suqovuşan qəsəbəsinin yerləşdiyi ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi və demək olar ki, müharibənin son gününə qədər bu canlı qüvvə digər əməliyyatlarda iştirak edə bilmirdi. Suqovuşandan danışarkən su anbarının strateji əhəmiyyətini xüsusi qeyd etmək lazımdı. Suqovuşan qəsəbəsinin əhəmiyyəti ondadır ki, burada Suqovuşan su anbarı yerləşir.
Bu su anbarı Sərsəng su anbarı ilə bərabər Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilmişdir. Bu su anbarlarının əsas məqsədi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarının kənarında yerləşən rayonlara – Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlara su vermək idi. Elə yuxarıda sadaladığım səbəblərdən Suqovuşan qəsəbəsi uğrunda döyüşlərdən sonra Ermənistan ordusu dərin mənəvi-psixoloji sarsıntı içində idi. Onların gözü qorxmuşdu və bundan sonrakı dövrdə – oktyabrın 3-dən müharibənin son dəqiqələrinə qədər Ermənistan ordusu qorxu içində idi. Erməni mənbələri məlumat verirdi ki, Ermənistan ordusunda on mindən çox fərari olmuşdur. Onlar görürdülər ki, bizim qabağımızda dura bilmirlər. Mənasız əməliyyatlar səbəbindən Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti faktiki olaraq qurban kimi verilirdi.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

Suqovuşanın hərbi-strateji və iqtisadi əhəmiyyəti, revanşistlərə xəbərdarlıq

Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində düşmən tapdağından azad olunan Suqovuşan yaşayış məntəqəsinin həm hərbi, həm də strateji əhəmiyyəti işğalçı ölkənin bütün planlarını pozdu. Belə ki, Suqovuşanın azad edilməsi ordumuz üçün bir sıra üstünlüklər yaratdı. Yerli və beynəlxalq təhlilçilər əmindirlər ki, Suqovuşan yaşayış məntəqəsinin ordumuz tərəfindən işğaldan azad edilməsi ilə demək olar ki, Azərbaycan Dağlıq Qarabağın açarını əldə edə bildi. Həmin ərazidə düşmən ordusunun 6-cı dağ atıcı alayının qərargahı yerləşirdi. Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində Suqovuşan düşməndən tam təmizləndi.
Bununla yanaşı, Suqovuşan yaşayış məntəqəsinin azad edilməsi ilə işğal altında olan Ağdərə və Ağdam şəhərlərini birləşdirən əsas təminat yolu Bakının nəzarətinə keçdi. Belə ki, Ağdərə və Ağdamın müdafiəsində duran düşmən qüvvələri eyni zamanda cəbhənin şimal-qərb istiqamətində Azərbaycan Ordusunun bölmələri ilə qarşı-qarşıya idi. Suqovuşanın azad edilməsi ilə Ermənistan silahlı qüvvələrinin əsas müdafiə bloku olan Ağdərə-Ağdam xəttini mühasirəyə alma imkanı yarandı. Eyni zamanda, Suqovuşan yaşayış məntəqəsi Ağdərə və Sərsəng su anbarı istiqamətində mühüm əhəmiyyətə malik yolların nəzarətdə saxlanmasına da imkan verir.
Suqovuşan ilk dəfə 1991-92-ci illərdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilsə də, 1994-cü ilin aprelində yenidən işğal olunmuşdu.
Onu da vurğulayaq ki, Suqovuşan yaşayış məntəqəsinin azad edilməsi, həm də düşmənin Tərtər rayonuna buradan zərbələr endirməsinə son qoydu. Ermənistan Tərtəri də işğal etmək niyyətində idi. Lakin Suqovuşanın azad edilməsi ilə İrəvan artıq anladı ki, Dağlıq Qarabağdan çıxmaq məcburiyyətində qalacaq.
Şübhəsiz ki, Suqovuşanın yuxarıda qeyd edilən böyük hərbi-strateji əhəmiyyəti ilə yanaşı, eyni zamanda, mühüm iqtisadi önəmi də mövcuddur. Bununla bağlı bəzi məqamlara diqqət yetirək. Suqovuşan su anbarına Azərbaycanın nəzarətinin təmin edilməsi Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonların su təminatı problemini həll etmiş oldu.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Vətən müharibəsində qazandığımız Qələbə tariximizin şanlı səhifəsidir

44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı Azərbaycan ordusunun Qələbəsi ilə başa çatdı. Bu Qələbə xalq-ordu-rəhbər birliyinin sayəsində, şəhidlərimizin qanı, qazilərimizin sağlamlığını itirməsi bahasına qazanılıb. Vətən müharibəsi ölkəmizin iqtisadi gücünü və hərbi qüdrətini bir daha təsdiqləyən və bütün dünyaya nümayiş etdirən şərəfli bir yol oldu. Təsadüfi deyildir ki, bu gün dünyanın qabaqcıl ölkələrində Azərbaycanın hərbi təcrübəsi öyrənilir, analiz olunur. Vətən müharibəsi gedişində xüsusi strateji əhəmiyyətə malik addımlardan biri də Suqovuşan qəsəbəsinin azad edilməsidir. 2020-ci il 3 oktyabr tarixində Suqovuşan qəsəbəsi işğaldan azad edilmişdir. Qəsəbənin azad olunması çox böyük əhəmiyyət kəsb edirdi. Çünki bu qəsəbənin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı və qəsəbənin əlimizdə olması bizə gələcək əməliyyatlarımızda üstünlük təşkil edirdi. Bu, çox əlamətdar hadisə idi, müharibənin ilk günlərində strateji qəsəbəni işğaldan azad etmək böyük uğurdur və əsgərlərimizin döyüş ruhunun yüksəlməsinin səbəbidir.
Talış kəndi və Suqovuşan qəsəbəsi bir gündə işğaldan azad edilmişdir. Burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmən yerləşmişdi. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi. Müharibənin ilk günündə əldə edilmiş qələbələrdən sonra növbəti yaşayış məntəqələrinin azad edilməsi xalqımıza əlavə güc verdi.
Bu ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi. Ərazinin azad olunması bölgədəki strateji yollara da nəzarətimizi təmin etdi və düşmənin canlı qüvvəsinin hərəkəti üçün, manevrləri üçün çox böyük problemlər və məhdudiyyət yaradıldı. Talış kəndinin və Suqovuşan qəsəbəsinin yerləşdiyi ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi və demək olar ki, müharibənin son gününə qədər bu canlı qüvvə digər əməliyyatlarda iştirak edə bilmirdi.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

 

Azərbaycana qarşı törədilmiş ekoloji terrorun məsuliyyətini rəsmi İrəvan daşıyır

30 ilə yaxın torpaqlarımızın işğalı zamanı Ermənistan Suqovuşan su anbarından istifadə edərək Azərbaycana qarşı ekoloji terror törədirdi. Hətta Avropa Şurası Parlament Assambleyasının sessiyalarının birində bu məsələ ilə bağlı xüsusi məruzə təqdim olunmuşdu və nəticədə xüsusi qətnamə qəbul edilmişdi. Ermənistan dövləti ittiham edilmişdi və bu, Azərbaycanın böyük uğuru olmuşdur. İşğal dövründə ermənilər yay mövsümündə suyu kəsirdilər, qış mövsümündə isə suyu buraxırdılar. Yayda bizim kəndlilərimiz, fermerlərimiz susuz qalırdı, qışda isə suyu buraxıb daşqınlara səbəb olan təbii fəlakət törədirdilər.
Bu il Suqovuşan su anbarından istifadə edərək 30 il ərzində ilk dəfə olaraq Tərtər və digər rayonlara su verildi. Bu günə qədər suvarılmayan, yaxud da ki, az suvarılan 30 min hektar torpağa bu qəsəbənin azad edilməsi nəticəsində su verilmişdir və indi kanallarda təmir işləri gedir. Bizim azad edilmiş torpaqlarda – Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında mövcud olan su ehtiyatlarının səmərəli şəkildə istifadəsi ilə bağlı konkret addımlar atılır və çox ciddi proqram icra edilməkdədir.
Şükürlər olsun ki, “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyalarının bərpası ilə bağlı işlər görülməyə başlanmış və artıq bu stansiyalar işlək vəziyyətdədir. Bölgəni elektrik enerjisi və su ilə təmin etmək üçün Suqovuşan qəsəbəsinin xüsusi əhəmiyyəti var. Vaxtilə sovet dövründə su anbarının yanında Ulu Öndər Heydər Əliyev tərəfindən iki su elektrik stansiyası inşa edilmişdi. Müharibə zamanı düşmən bu stansiyaları da dağıtmışdır.
Ermənistanın rəhbərliyi münaqişənin bütün dövrlərində öz cinayət əməlləri ilə seçilmişdirlər. Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyanın adı erməni fərarilərin içində çəkilir. Bu adam ömrü boyu oğru, cinayətkar, saxtakar, xain, satqın, fərari kimi tanınıb. Hərbi cinayətlərə görə erməni rəhbərliyi mütləq olaraq məsuliyyət daşımalıdır. Bu adamı Ermənistanda kütləvi surətdə lağa qoyurlar, ələ salırlar, ona nifrət edirlər.
Ermənistanda revanşist hisslərlə yaşayanların son zamanlar sərsəm bəyanatları ilə rastlaşırıq.  Ermənistanda revanşist hisslərlə yaşayanlar bilməlidir ki, onların bütün niyyətləri boşa çıxacaq və Azərbaycanın dəmir yumruğu ilə rastlaşacaqlar. Əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan adekvat cavablar veriləcəkdir.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

İşğal zamanı Ermənistan Suqovuşan su anbarından istifadə edərək Azərbaycana qarşı ekoloji terror törədirdi

Ekoloji terror əsasən münaqişə dövründə ətraf mühitin qəsdən və ya qanunsuz şəkildə məhv edilməsi, istismarı və ya dəyişdirilməsi kimi xarakterizə olunur. Son 30 ildə Ermənistanın Azərbaycan ərazilərində törətdiyi hərəkətlər ekoloji terrordur. Qeyd etməliyik ki, Qarabağın rəsmi olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində olmasına baxmayaraq, son 30 il yaxın Ermənistanın qanunsuz işğalı altında olmuşdur. İşğal nəticəsində təxminən 30 min insan həyatını itirmiş və 1 milyondan çox azərbaycanlı evlərini tərk etmək məcburiyyətində qalıb. O vaxtdan bəri, Ermənistan təbiətə qarşı təcavüzkar davranışlarından da vaz keçməyib. Bununla da, bu ərazilərin ümumi təbiətinə və bioloji müxtəlifliyinə ciddi ziyan vurulub. Ekoloji çöküş hər keçən gün daha da dərinləşmişdir.
Ermənilərin ekoloji terroru Azərbaycanın su idarəetməsi və planlaşdırılması sisteminə də mənfi təsir edib. Daha dəqiq desək, ölkənin bəzi transsərhəd içməli su ehtiyatları və suvarma sistemləri xüsusəndə Suqovuşan su ambarı Ermənistanın birbaşa işğalı altında olmuş və bunlar həmişə Azərbaycan xalqına qarşı “hərbi silah” kimi istifadə olunmuşdur.
Suqovuşanın 3 oktyabr 2020-ci il tarixində erməni işğalından azad edilməsi ilə ermənilərin ekoloji terroru sona çatdı. Tərtər çayı bol su ilə axır. Ermənistan həmişə məqsədli şəkildə su axınının qarşısını alırdı. Azərbaycanın Tərtər, Goranboy və Yevlax bölgələrində ekoloji tarazlıq təmin ediləcək.

Abuzər Xəlilov – Şəftəhal kənd sakini, ağsaqqal

 

 

Revanşizm yolverilməzdir və bu cür cəhdlərin qarşısı sərt alınacaqdır

Hər kənd, qəsəbə və şəhərimizin azad olunduğu gün qürur günümüzdür. Suqovuşanı daha da fərqli olması, onun strateji önəmidir. Suqovuşan qəsəbəsi uğrunda döyüşlərdən sonra Ermənistan silahlı qüvvələri dərin mənəvi-psixoloji sarsıntıya qapıldı, gözləri qorxdu və bu qorxu müharibənin sonunadək onları tərk etmədi Yuxarıda da vurğuladığımız kimi, Suqovuşanda yalnız su qovuşmadı, qan qovuşdu, ruh qovuşdu, keçmişlə gələcək qovuşdu! Şəhidimizin qanı düşən hər yer bizim üçün müqəddəsdir.
Gələcəkdə bizim Qarabağ torpaqlarında, Ağdərədə, Əsgəranda, Xankəndində yaşamaq istəyən ermənilər məhz reallıqları qəbul etməli və gələcəyə baxmalıdır. Onlar İrəvandan, bir başqa xarici paytaxtdan gələn zəngə, ismarınca deyil, məhz bakının ismarıclarına diqqət etməli, birgəyaşayış, beynəlxalq hüquq nə gərəkdirirsə, o gərəyi yerinə yetirməlidir. Xüsusilə revanşizm qəti şəkildə yolverilməzdir. Əks təqdirdə Azərbaycan Dəmir Yumruğu yerindədir! Separatizm, revanişzm kimi cəhdlərin qarşısı çox sərt şəkildə alınacaqdır:

Vəliyeva Dayangül – İsaqbağı kənd tam orta məktəbin direktoru

 

 

Suqovuşan qəsəbəsinin azad edilməsi nəticəsində əldə olunmuş üstünlüklər

2020-ci il 3 oktyabr tarixində Suqovuşan qəsəbəsi işğaldan azad edilmişdir. Qəsəbənin azad olunması çox böyük əhəmiyyət kəsb edirdi. Çünki bu qəsəbənin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı və qəsəbənin əlimizdə olması bizə gələcək əməliyyatlarımızda vacib idi. Bu, çox əlamətdar hadisə idi, müharibənin ilk günlərində strateji qəsəbəni işğaldan azad etmək böyük uğurdur və əsgərlərimizin döyüş ruhunun yüksəlməsinin səbəb olmuşdu. Bu ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi. Ərazinin azad olunması bölgədəki strateji yollara da nəzarətimizi təmin etdi və düşmənin canlı qüvvəsinin hərəkəti üçün, manevrləri üçün çox böyük problemlər və məhdudiyyət yaradıldı. Suqovuşan qəsəbəsinin yerləşdiyi ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi və demək olar ki, müharibənin son gününə qədər bu canlı qüvvə digər əməliyyatlarda iştirak edə bilmirdi.
Suqovuşan qəsəbəsi uğrunda döyüşlərdən sonra Ermənistan ordusu dərin mənəvi-psixoloji sarsıntı keçirirdi. Onların gözü qorxmuşdu və bundan sonrakı dövrdə – oktyabrın 3-dən müharibənin son dəqiqələrinə qədər Ermənistan ordusu qorxu içində idi. Təsadüfi deyil ki, Ermənistan ordusunda on mindən çox fərari olmuşdur. Onlar görürdülər ki, bizim qabağımızda dura bilmirlər. Mənasız əməliyyatlar səbəbindən Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti faktiki olaraq qurban kimi verilirdi. On min fərarisi olan ordu, əlbəttə ki, müqavimət göstərə bilməzdi.

Nağıyev Abbas –Dəli Quşçu kənd sakini, ağsaqqal

 

 

Talış kəndi və Suqovuşan qəsəbəsi bir gündə işğaldan azad edilmişdir

2020-ci il 3 oktyabr tarixində Suqovuşan qəsəbəsi və Talış kəndi işğaldan azad edildi. Məhz Suqovuşan qəsəbəsinin və Talış kəndinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyətə malik olmuşdur. Hər iki məntəqənin azad olunması çox böyük əhəmiyyət kəsb edirdi. Çünki bu məntəqələrin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı və əlimizdə olması bizə gələcək əməliyyatlarımızda üstünlük təşkil edirdi.
Bu, çox əlamətdar hadisə idi, müharibənin ilk günlərində strateji məntəqələrin işğaldan azad etmək böyük uğurdur və əsgərlərimizin döyüş ruhunun yüksəlməsinin səbəbidir. Burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Bütün strateji yüksəkliklərdə, hər iki məntəqələrə gedən yüksəkliklərdə düşmən yerləşmişdi. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi. Müharibənin ilk günündə əldə edilmiş qələbələrdən sonra növbəti yaşayış məntəqələrinin azad edilməsi xalqımıza əlavə güc və ruh yüksəkliyi verdi. Talışı və Suqovuşanı azad edilməsi nəticəsində əldə olunmuş üstünlüklər Böyük Qələbə Zəfərimizi sürətləndirdi. Çünki bu ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi. Ərazinin azad olunması bölgədəki strateji yollara da nəzarətimizi təmin etdi və düşmənin canlı qüvvəsinin hərəkəti üçün, manevrləri üçün çox böyük problemlər və məhdudiyyət yaradıldı. Talış kəndinin və Suqovuşan qəsəbəsinin yerləşdiyi ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi və demək olar ki, müharibənin son gününə qədər bu canlı qüvvə digər əməliyyatlarda iştirak edə bilmirdi.

Elvin Xəlilov – Vətən müharibəsi iştirakçısı

 

 

Suqovuşan qəsəbəsinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyətə malik olmuşdur

Torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası, haqq-ədalətin bərqərar olması uğrunda apardığımız, sonu zəfərlə bitən Vətən müharibəsi Azərbaycan tarixinə ən şərəfli və şanlı səhifələrdən biri kimi yazıldı. Müzəffər ordumuzun tarixi qələbəsi uzun illər davam edən haqsızlığa, ədalətsizliyə son qoydu. Tarixi ədalət bərpa olundu. Düşmənə öz layiqli cavabı verildi.
44 gün ərzində xalqımız qürur və fəxarət dolu günlər yaşadı. Bu hadisələrdən biri də elə mübarizənin ilk həftəsində Suqovuşan qəsəbəsinin işğaldan azad olunduğu 3 oktyabr 2020-ci il tarixidir. Bu möhtəşəm qələbə Böyük Zəfərə gedən yolda ordumuzun ilk addımı oldu. Strateji əhəmiyyətinə görə mühüm məntəqələrdən biri olan Suqovuşan qəsəbəsinin azad olunması digər ərazilərin də düşmən tapdağından təmizlənməsinə şərait yaratdı. Eyni zamanda bu qələbənin yaratdığı ruh yüksəkliyi və mənəvi- psixoloji üstünlük ordumuza, əsgərlərimizə gələcək qələbələr üçün böyük stimul oldu.
Digər tərəfdən də bu tarixi qələbə elə ilk addımdaca ermənilərin illər boyu ordularının yenilməzliyi haqqında uydurduqları yalanı üzə çıxardı, ifşa etdi.
Bütün qələbələrimiz kimi 3 oktyabr tarixi də Zəfər tariximizin şanlı səhifələrindən biri kimi tariximizə qızıl hərflərlə yazıldı. Bu şərəfi, bu qüruru bizlərə yaşadan qalib Ali Baş Komandana, müzəffər və rəşadətli ordumuzun hər bir əsgərinə sonsuz sevgi və minnətimizi bildirir, Vətənin azadlığı yolunda canından və qanından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.
Qarabağ Azərbaycandır!

Mayisə Xəlilova Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

 

 

Suqovuşan su anbarının strateji əhəmiyyəti

30 ilə yaxın bir müddətdə hiyləgər ermənilər öz havadarlarının dəstəyi ilə əzəli və əbədi Azərbaycan torpaqlarını işğal altında saxladılar. Bu zaman vəhşiləşmiş ermənilər bu torpaqlarda ağlasığmaz ekoloji terrorlar  törətdilər, hər tərəfi viran qoydular. Azərbaycana külli miqdarda maddi və mənəvi ziyan vurdular. Strateji obyektlərdən istədikləri kim istifadə etdilər. Nəhayət,  2020-ci il 27 sentyabr tarixində Ali Baş Komandan İlham Əliyevin əmri ilə qüdrətli ordumuz əks-hücum əməliyyatına start verdi. İgid Azərbaycan əsgərləri dəmir yumruq əməliyyatı keçirərək bəşər tarixində analoqu olmayan döyüş nümunələri göstərməklə cəmi 44 gün ərzində müqəddəs torpaqlarımızı hər cür iyrənc əməllərə əl atan düşməndən azad etdilər. Müharibənin ilk anlarından ecazkar gözəlliyə malik olan, bölgə üçün xüsusi əhəmiyyət kəsb edən Suqovuşana üçrəngli Azərbaycan bayrağını sancdılar.
Suqovuşan su anbarı Tərtər çayı üzərində qurulmuş, 1975-ci ildə istismara verilmişdir. Anbarın tutumu 6 milyon kubmetrə yaxındır.
Bu anbarın suyundan Bərdə, Tərtər, Yevlax və Goranboy rayonları suvarma məqsədilə istifadə edirlər. Anbar işğal altında olan zaman ermənilər suvarma suyuna ehtiyac olmadığı vaxtlarda suyu buraxırdılar. Bu da istər-istəməz bölgədə yaşayan insanları çətin durumda qoyurdu. Böyük fəxarət hissilə qeyd etmək lazımdır ki, bu gün anbarın suyundan sistemli şəkildə, səmərəli istifadə olunur. Sözsüz ki, ötən illərdən fərqli olaraq indi suvarma suyu ilə bağlı vəziyyət köklü şəkildə dəyişmişdir. Qiymətli bitki olan pambıq, heyvandarlığın inkişaf etdirilməsində qidalı yem sayılan yonca sahələrinin və digər bitkilərin suvarılması xeyli asanlaşmışdır. Suqovuşanın işğaldan azad olunması bölgədə kənd təsərrüfatı məhsulları istehsalının bir neçə dəfə artmasına stimul vermiş, bölgəyə yeni həyat bəxş etmişdir. İnanırıq ki, yaxın gələcəkdə Suqovuşan eyni zamanda həm də əsl turizm məkanlarından birinə çevriləcəkdir.

Vəfa Bayramova-Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »