Azad və əsrarəngiz Şuşa şəhərinə səfər

0

Xilaskar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər Silahlı Qüvəllərimizin qəhrəmanlığı sayəsində yaradılan Tarixi Zəfər yolu ilə Şuşaya getmək ən gözəl qismət imiş.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyevin iştrakı ilə həyata keçirilən Şuşa səfəri olduqca qürurlu və şərəfli anlar yaşatdı. 30 ildir düşmən tapdağında qalan, həsrətində olduğumuz torpaqlarımızı bu gün azad görəndə bizə qalan sevinc göz yaşları, qəhərdən boğulan duyğularımız və bu duyğuları bölüşməkdir.

Böyük Zəfər yolunu keçərək Şuşaya qovuşmaq və rahatlıqla Şuşanı ziyarət etmək, qarış – qarış gəzib, onu seyr etmək diləyimizi reallığa çevirən Ölkə başçımız, Ali Baş Komandanımız Cənab İlham Əliyevə və rəhbərlik etdiyi Silahlı Qüvvələrimizə tarix boyu millətimiz var olduqca minnətdarıq.
44 günlük Vətən Savaşı dönəmində sosial şəbəkələrdə qarşılaşdığımız ilk Şuaşaya giriş fotosu çəkilən yolu qalxanda o qürurlu hərbçilərimizin yaşadığı duyğuları gözəl anladım. Sıldırım qayaları, dumana qərq olmuş Şuşanı gördükcə Qəhərmanlıq Səlnaməsi yazan igid qardaşlarımızla fəxr etdim. Qansız, soysuz ermənilərin dünyada misli görülməmiş vəhşiliyinin, yırtıcılığını görəndə ruhumda qəribə titrəyiş oldu. Tarixə nəzər salıb 2020 – ci ildən bu günədək Şuşada aparılan təmir – bərpa işləri ilə yaxından tanış olduqca sevinc dolu hisslərə büründüm. Bu mənim Şuşaya ilk səfərim idi. Tariximizdə ilk dəfə Siyasi Partiyaların Şuşaya səfərində iştrakıma şərait yaratdığına görə Cənab sədr Fəzail Ağamalıya sonsuz təşəkkürümü bildirirəm. Tarixi günü bizə yaşadan, Millətimizi Azad, Qüdrətli, Bütöv Azərbaycana hədəfləyən və bu yolda yorulmadan çalışaraq möhtəşəm addımlar atan müdrik, qətiyyətli, mübariz, mətin, yenilməz, cahangir, qəhrəman, XİLASKAR Ali Baş Komandanımız, Möhtərəm Cənab Prezidentimizi Uca Tanrı daim pənahında saxlasın. Amin!
Canlarını torpaqlarımızın azadlığı uğrunda fəda edən, ruhları and yerimizə çevrilən qəhrəman Şəhidlərimizə Allahdan rəhmət, sağlamlıqlarını itirən qazi qardşalarımıza can sağlığı diləyirəm.

Günay Ağamalı
“Ana Vətən Partiyası” sədrinin Humanitar və Kommunikasiya Məsələləri üzrə müşaviri, Qadınlar Şurasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »