Azərbaycanda bir kiloqramlıq qızıl külçələri satılır

0

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən yerli qızıl xammalından istehsal edilən məhsulların ilk satış və mübadilə mərkəzi Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən mərkəzdə səhmdar cəmiyyətin 2019-cu ildən etibarən yerli pərakəndə bazara təqdim etdiyi 5, 10, 20 qramlıq sikkə və külçələrlə yanaşı, çəkisi 1, 10 unsiya, 500 qram və 1 kiloqram olan yeni qızıl külçələr və fərqli dizaynlarda qızıl sikkələr satışdadır.
İctimairey.az xəbər verir ki, hasil edilən qızılın bir hissəsinin pərakəndə satış üçün nəzərdə tutulan sikkə və külçələrin istehsalına yönləndirilməsi cəmiyyətin yerli zərgərlik sənayesinin inkişafı, milli istehsalın stimullaşdırılması və ölkəmizin iqtisadi nüfuzunun artırılmasına töhfə vermək məqsədi daşıyır.
Şirkət tərəfindən istehsal edilən məhsullar qızılın dünya birjasındakı cari qiymətinə uyğun minimal marja ilə alıcılara təqdim edilir.
İlk dəfə mərkəzdə cəmiyyətin istehsal etdiyi sikkə və külçələrin qızılın dünya birjasındakı cari qiymətinə uyğun geri alışı – mübadiləsi təmin ediləcək. Bu da, məhsulların təkcə hədiyyə qismində deyil, istənilən zaman milli valyuta ilə mübadilə edilə bilən sərfəli investisiya aləti kimi seçiminə də imkan yaradacaq.
Qeyd edilib ki, gələcəkdə ölkənin iri şəhər və rayonlarında da yeni mərkəzlərin istifadə verilməsi istisna edilmir.
Güloğlan Məmmədov   İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »