Rusiya xarici işlər naziri Sergey Lavrov çərşənbə günü İran xarici işlər naziri Hüseyin Əmir Abdollahiyan ilə danışıqlardan sonra, keçirdiyi mətbuat konfransında, İranlı həmkarı ilə Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyə ilə “3 + 3” danışıq formatının yaradılması təşəbbüsünü, regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələsi ətrafında müzakirə etdiyini söyləyib.
Lavrov Dağlıq Qarabağ münaqişəsinin dayandırılmasında və Azərbaycan, Rusiya Federasiyası prezidentləri və Ermənistanın baş naziri səviyyəsində üçtərəfli müqavilənin imzalanmasında həlledici rolun Moskva olduğunu və buna uyğun olaraq, bölgədə sülhməramlı kontingent yerləşdirilməsini qeyd edib.
“Əlavə olaraq, eyni birgə bəyanatda, yalnız Ermənistan və Azərbaycanın deyil, Gürcüstanın da faydalanacağı bütün nəqliyyat əlaqələrinin, bu bölgədəki bütün iqtisadi əlaqələrin açılması, görüləcək işlər də daxil olmaqla, nizamlanmanın irəliləməsi üçün, birgə addımları müəyyən edən prinsiplər var. İran, Rusiya və Türkiyə də bu üç respublikanın ən yaxın qonşuları olaraq, bundan faydalanacaq. Eyni zamanda bu gün, üç Zaqafqaziya ölkəsi və onların üç böyük qonşusu da daxil olmaqla – Rusiya, İran və Türkiyə formatının yaradılması təşəbbüsünü müzakirə etdik. – deyə, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
Lavrovun sözlərinə görə, İran tərəfi bu fikrə müsbət münasibət bildirib, eyni münasibət Azərbaycanda və Türkiyədə də müşahidə olunur. “Biz erməni həmkarlarımızla da işləyirik. Ümid edirik ki, Gürcüstan da, yaşadığı bütün problemlərə baxmayaraq, belə bir məsləhətləşmə mexanizmi yaratmaqda və burada davam edən münaqişələr səbəbiylə uzun müddətdir inkişafını geridə qoyan, bu bölgənin sürətli inkişafı ilə bağlı qərarlar qəbul etməkdə, köklü marağını görə biləcək. “- deyə, RF Xarici İşlər Naziri əlavə edib.
İctimairey.az