6-sentyabrda Salyan rayonundan könüllü Qarabağ döyüşlərinə qatılan Şəhid Salahov Sabir Hikmət oğlunun Şəhidlik zirvəsinə ucalmasından bir il ötdü.
Şəhidimizin il dönümünə 59-Saylı Salyan seçki dairəsinin Millət vəkili Jalə xanım Əhmədova ilə yanaşı, Milli Məclisin vitse Spikeri Adil Əliyev də qatılmışdır. Salyan rayonunun rəhbərliyi başda olmaqla, rayon ziyalıları, “Qarabağ Qazilərinə Qayğı” ictimai birliyinin üzvüləri birlikdə Ulu Öndərin abidəsini ziyarət etdi.
Daha sonra, ziyarətçilər şəhidlərimizin məzarı önünə gül dəstələri düzərək, ruhlarına dualar oxudu və şəhid ailələrinə dərin hüznlə başsağlığı verib, torpaqlarımızın müdafiəsi uğrinda şəhid olanların salyanlıların qəlbində əbədi yaşayacağını, şəhidlərimizin qanının yerdə qalmadığını, düşmənlərdən qisas alındığını qeyd edildi.
Fuad Qəhrəmanov İctimairey.az