Penitensiar Xidmətin təcridxanasına psixotrop maddə keçirilməsinin qarşısı alınıb

0

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs İlkin Tacəddin oğlu Cəfərova anası Lənkəran şəhər sakini Bilqeyis Hüseyn qızı Şəfiyeva tərəfindən poçt vasitəsilə göndərilmiş banderola baxış keçirilən zaman orada olan qış çəkməsinin içərisində gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 0,023 qram olan psixotrop maddə – metamfetamin aşkar edilib.
İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »