Millət Vəkili Jalə Əhmədovanın seçiciləri ilə növbəti görüşü, bu dəfə də səmərəli keçdi.

0

6 sentyabrda Salyan rayonunun Heydər Əliyev 94-ünvanında yerləşən Baş Ofisində əhali ilə müntəzəm görüşən Millət Vəkili Jalə Əhmədovanın keçirdiyi növbəti görüşü xüsusi əhəmiyyət daşıdı.

Belə ki, Jalə xanımla bu dəfə görüşə daha çox seçici gəlmişdi. Qəbul zamanı şəhid ailələri, qazilər növbədən kənar qəbul olundu və onların müraciətləri dinlənildi.
Qeyd edək ki, ötən dəfəki qəbulda seçicilərin problemləri ilə əlaqədar müraciətlər yerinə yetirildiyi üçün, təşəkkür bildirmək üçün gələnlərin də sayı çox idi.


Məşqçi Quliyev Fəxrəddin Aydın oğlu Jalə Xanım Əhmədovaya idman zalına, öz vəsaiti hesabına, aldığı güləş döşəyinə(tatami) görə, öz təşəkkürünü bildirdi. Jalə xanım Əhmədova cavab olaraq qeyd etdi ki, – Bu gün dövlətimiz həyata keçirilən gənclər siyasətinə xüsusi diqqət ayırır.

Siz gənclərin ölkənin iqtisadi-mədəni həyatında iştirakı, hansı sahədə olursa olsun, peşəkar kadrlar kimi hazırlanması, vətənpərvərlik ruhlarının inkişafı, sağlamlığı, asudə vaxtlarının səmərəli keçirməsi üçün, mən də daim sizlərin yanındayam və bacardığım köməkliyi sizlərdən əsirgəməyəcəyəm.
Fuad QƏHRƏMANOV, İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »