İranın iddiası: Tehran Bakıya Fars körfəzindən Qara dənizə “Qafqaz dəhlizi” ilə cavab verəcək

0

İranın yollar və şəhərsalma naziri Rostam Qaseminin son tvitinə əsasən, Tehran mallarını Azərbaycandan yan keçməklə Ermənistan ərazisindən daşımaq üçün, həll yolunu tapdı və yaxın gələcəkdə regional tranzit xəritələri tamamilə dəyişdiriləcək.

İctimairey.az xəbər verir ki, VERELQ informasiya-analitik portalı bu gün, 7 oktyabr tarixində yazır ki, bu fikri aparıcı erməni iranşunas Vardan Voskanyan paylaşıb.
“Maraqlıdır ki, Bakı və Ankaranın “Zangəzur Dəhlizi” ilə bağlı xəyallarının cavabı olaraq, İranlı nazir öz postunda İranın “Qafqaz Dəhlizi “ifadəsini işlədib və Qara dənizə, Avropaya yalnız Ermənistan və Gürcüstan vasitəsilə çıxışını təmin edəcək” – Vardan Voskanyan qeyd edir ki, Rostam Qasemi Azərbaycanı – “İran üçün heç bir yolun bağlanmayacağı” ifadəsi ilə xəbərdar edib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 6 -da respublika parlamentində çıxış edərkən, – “İran körfəzi – Qara dəniz” beynəlxalq nəqliyyat dəhlizinin layihəsi ilə bağlı İran və Hindistanla aparılan müzakirələrdən danışıb.
“İran regional kommunikasiyaların, yeni, daha böyük, tranzit yollarının açılması ilə bağlı müzakirələrdə ciddi regional və qlobal oyunçudur. Bildiyiniz kimi, Hindistanın da maraqlandığı “Fars Körfəzi – Qara dəniz” dəhlizinin mövzusu müzakirə olunur “, – Bu ifadələri bu həftənin əvvəlində Tehrana işgüzar səfər edən Ararat Mirzoyan deyib.
Onun sözlərinə görə, Hindistanın xarici işlər naziri Subramanyam Cayşankarın tezliklə Ermənistana səfəri gözlənilir.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »