ABŞ Dövlət Departamenti nüvə başlıqlarının sayını 3750 ədəd azaldacağını açıqlayib.
İctimairey.az mediyaya istinadən xəbər verir ki, çərşənbə axşamı açıqlanan Dövlət Departamentinin statistikasına görə, ABŞ atom başlıqlarının sayını tədricən azaltmağa davam edir.
ABŞ-ın 2020-ci ildə 3,750 döyüş başlığı var idi, 2019 -cu ildə 3,805, bir il əvvəl isə 3,785. Bu rəqəm sıradan çıxarılan və məhvini gözləyən döyüş başlıqlarını nəzərə almır. Bundan əlavə, ABŞ 2020-ci ildə, 184 köhnə döyüş başlığını məhv edib.
Rusiya ilə strateji hücum silahlarının azaldılması müqavilələri sayəsində, 2020-ci ilin səviyyəsi 60 ilin ən aşağı səviyyəsidir. 1967-ci ildə, SSRİ ilə aparılan Soyuq Müharibənin ən yüksək həddində ABŞ-ın əldə etdiyi döyüş başlığının maksimum sayı 31.255 idi.
İctimairey.az