Millət Vəkili Elnur Allahverdiyev: Bütün müəllimlərimizi peşə bayramları münasibəti ilə təbrik edirəm!
Bu gün Beynəlxalq Müəllimlər Günüdür.
Dünyanın 100-dən çox ölkəsində qeyd olunan bu günü YUNESKO 1966-cı il oktyabrın 5-də təsis edib. Müstəqil Azərbaycanda isə bu bayramın keçirilməsi ilə bağlı sərəncamı ulu öndər Heydər Əliyev imzalayıb.
Ümimmilli lider müəllim peşəsini belə qiymətləndirərdi: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.
Bu gün Qarabağımızı azad edən qəhrəman zabit və əsgərlərimizin üzərində müəllimlərin də böyük zəhməti var. Gənclərimizin vətənpərvər ruhda böyümələri onların da xidmətidir. Bütün müəllimlərimizi peşə bayramları münasibəti ilə təbrik edirəm! Onlara can sağlığı, işlərində uğurlar arzulayıram
İctimairey.az