Bərdə Peşə Liseyinin açılışı olub

0

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bərdə Peşə Liseyinin açılışında iştirak edib. Ölkə başçısı Bərdə Peşə Liseyində yaradılmış şəraitlə yaxından tanış olub. Bərdə Peşə Liseyinin açılışı olub

İctimairey.az-a bu barədə Təhsil Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məlumat verilib ki, peşə liseyində aparılan yenidənqurma işləri nəticəsində beynəlxalq standartlara cavab verən maddi-texniki baza ilə təchiz olunmuş 4 mərtəbəli tədris binası, hər biri 192 yerlik olan 2 yataqxana, 3 mərtəbəli emalatxana və laboratoriya korpusu, texnikaların saxlanması üçün 3 korpusdan ibarət qaraj və digər köməkçi binaların tikintisi həyata keçirilib.  Bərdə Peşə Liseyinin açılışı olub

Bildirilib ki, 2021-2022-ci tədris ilindən başlayaraq ilk dəfə olaraq yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədris aparan 6 peşə təhsil müəssisəsindən biri də Bərdə Peşə Liseyidir. Ümumilikdə 4 regionda həyata keçirilən sözügedən təhsil səviyyəsinə qəbul Bərdə Peşə Liseyində nəqliyyat vasitələrinin texniki istismarı (avtomobil üzrə), binaların tikintisi və istismarı, sənayedə avadanlıqların quraşdırılması və texniki istismarı, sənaye və mülki binalarda elektrik avadanlıqlarının quraşdırılması və istismarı, baytarlıq və heyvandarlıq işi, həmçinin mühasibat uçotu ixtisasları üzrə aparılıb. Yeni tədris ilindən başlayaraq tədris yenilənmiş kurikulumlar əsasında həyata keçirilir. Tələbələrin liseydə ödənişsiz əsaslarla təhsil alaraq dövlət təqaüdü almaq imkanları var.

Heyvandarlıq, bitkiçilik, aqroservis və avtomobil təmiri istiqaməti üzrə ixtisaslaşan Bərdə Peşə Liseyinə yeni tədris ilindən etibarən elan olunan 600 yer üzrə 533 nəfər tələbənin qəbulu həyata keçirilib. 2021-2022-ci tədris ilində 1150 yerlik liseydə avtomobil təmiri çilingəri, geniş-profilli traktorçu maşinist, heyvandarlıq mütəxəssisi, bitkiçilik mütəxəssisi, aqroservis mütəxəssisi və kompüter operatoru ixtisaslarının tədrisi aparılmaqdadır.

Qeyd edək ki, ölkəmizdə peşə təhsilinin inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyən olunub. Bu sahədə peşəkar tədris prosesinin qurulması, əmək bazarının, o cümlədən işəgötürənlərin tələbatlarına uyğun ixtisaslar üzrə kadr hazırlığının təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. Son dövrlər Bakı ilə yanaşı, bölgələrdə də yeni peşə təhsili müəssisələri qurulur. Yeni istifadəyə verilən Bərdə Peşə Liseyi də bu istiqamətdə həyata keçirilən layihələrdən biridir.
İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »