AFR Əfqanıstandakı missiyasında 17,3 milyard avrodan çox xərcləyib

0

2001-ci ildən 2021-ci ilin avqustuna qədər, Almaniya hakimiyyəti Əfqanıstandakı missiyaya 17,3 milyard avrodan çox xərcləyib.
İctimairey.az-ın xəbər verdiyi kimi, DPA(Doyça Press Agenturası) agentliyi bu barədə çərşənbə axşamı, federal hökumətin Azad Demokrat Partiyasının (FDP) parlament sorğusuna verdiyi cavabına istinadən məlumat yayıb.

Ən böyük xərclər hərbi personalın saxlanması üçün sərf olunub. “Bundesverin Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrində (ISAF), “Sonsuz Azadlıq Əməliyyatı” və “NATO-nun Əfqanıstandakı missiyası” “Qətiyyətli Dəstək” Federal Müdafiə Nazirliyinin bölümü tərəfindən 2001-ci ildən 31 Avqust 2021-ci ilə qədər davam edib. Ümumilikdə yerləşdirmə ilə əlaqədar təxminən 12.3 milyard avro əlavə xərclər sərf olunub”- FDP-nin sorğusuna cavab olaraq bildirilib.

Eyni zamanda aydınlaşdırılıb ki, Almaniya Xarici İşlər Nazirliyi müxtəlif layihələrlə bağlı kadrların saxlanmasına və maddi xərclərə təxminən 2,48 milyard avro ayırmışdır. Lakin bu məbləğə Xarici İşlər Nazirliyinin şəxsi heyəti və əməliyyat xərcləri daxil deyil. Əlavə olaraq qeyd olunur ki, 20 il ərzində Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi Əfqanıstana təxminən 2,46 milyard avro, Qida və Kənd Təsərrüfatı Nazirliyi isə təxminən 33 milyon avro xərcləyib.

Statistikaya görə isə, Almaniya Federal Kəşfiyyat Xidmətinin Əfqanıstana göndərdiyi vəsait qeyd edilməyib. “Müvafiq məlumatların açıqlanması Federal Kəşfiyyat Xidmətinin vəzifələrinin yerinə yetirilməsini ciddi şəkildə çətinləşdirəcək və bu da öz növbəsində Almaniya Federativ Respublikasının təhlükəsizliyini təhdid edə bilər və ya maraqlarına ciddi ziyan vura bilər”, – AFR hökuməti vurğulayıb.

Xatırladaq ki, iyun ayının sonunda Alman silahlı qüvvələri 20 ildən sonra, Əfqanıstanda “Qətiyyətli Dəstək” missiyasında iştiraklarını tamamlayıb. Əfqanıstanda əməliyyat 2001-ci ilin oktyabrında başlamışdı. 2010-2013-cü illərin ən yüksək həddində, Əfqanıstanda qərb qüvvələrinin sayı 150 mini keçmişdi. Keçən il Əfqanıstandakı Alman kontingentinin əksəriyyəti hərbi təlimatçıdan ibarət, təxminən 1000 hərbçisi var idi.

Esmira ŞÜKÜROVA. İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »