ŞOK XƏBƏR – ABŞ veteranları erməni kəndlərində uşaqlara partizan təlimi keçir

0

Keçmiş ABŞ əsgərlərinin Azərbaycanla sərhəddə yerləşən erməni kəndlərində uşaqlara müharibə təhsili verdiyini xəbəri gəldi. İşin başında Livan ermənisi olan və ABŞ Hərbi Hava Qüvvələrinin xüsusi təyinatlılarında 13 il xidmət edən kod adı Aram olan keçmiş bir əsgərin olduğu məlum olub.

İctimairey.az xəbər verir ki, Amerikanın “Vashinqton Examiner” jurnalı yazır ki, ötən il Azərbaycanla Dağlıq Qarabağ müharibəsi aparan Ermənistan işğal etdiyi əraziləri itirib. Müharibədən sonra ölkədə xaos hökm sürsə də, Ermənistan yeni bir iddia irəli sürüb. Nəşrdə dərc olunan xəbərə görə, Azərbaycan sərhədindəki erməni kəndlərində uşaqlara partizan təhsili verilir.
UŞAQLARINI SAVAŞA HAZIRLAYIRlAR
Uşaqların müharibə təhsili böyük bir həyacan yaşadarkən, təlimin Phoenix Cəsarət Məktəbi adlı bir qrup keçmiş əsgər tərəfindən verildiyinə dair məlumatlar yayılıb. İşin əvvəlində kod adı Aram olan keçmiş ABŞ əsgəri durur. Livan ermənisi olan Aramın 13 il ABŞ Hərbi Hava Qüvvələrində xüsusi təyinatlı zabit olaraq xidmət etdiyi də açıqlanıb.
HƏR İLDƏ 3000 KİŞİYƏ TƏLİM KEÇMƏYİ PLANLAYIRLAR
Təlimçilər arasında Fransa, Rusiya və Suriya əsgərləri də var. Məqalədə sözügedən təlimlərdə birlikdə ABŞ -da Blackvater və Russian Vagner kimi birləşmələrin də Ermənistanda ortaya çıxması diqqət çəkir. Xəbərdə Aramın hər il 2-3 min yerli insanı yetişdirməyi hədəflədikləri ifadələri də yer alıb.
Esmira ŞÜKÜROVA İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »