Əfqanıstanlı uyğurlar, Pekinin Taliban hökumətinə maliyyə yardımı qarşılığında, Çinə deportasiya ediləcəklərindən qorxur. Amerika mətbuatının yazdığına görə, Çin hakimiyyəti uzun illərdir Əfqanıstan liderlərini “Uyğur silahlılarını ölkələrindən sıxışdırıb, qovmağa” çağırır.
İllərdir Çin hakimiyyəti, Əfqanıstanda gizlənən uyğur silahlılarını sıxışdırmaq və deportasiya etmək üçün, keçmiş Əfqanıstan liderlərinə müraciət edir. Çin hakimiyyəti, bu yaraqlıların Çin Xalq Respublikası hökuməti tərəfindən bir sıra terror hücumlarında və Sincanda Uyğur Muxtar Bölgəsi yaratmaq cəhdində günahlandırılan separatçı bir təşkilat olan Şərqi Türküstan İslam Hərəkatına aid olduğunu bildirib.
Amerika Birləşmiş Ştatları Şərqi Türküstan İslam Hərəkatını Tramp hakimiyyəti dövründə terror təşkilatları siyahısından çıxarıldığını bildirsə də, The New York Times qeyd edir ki, taliblər Pekinlə isti münasibətlər yaratdıqlarına görə, Əfqan uyğurları üçün vəziyyət dəyişə bilər.
Təxminən Əfqanıstanda 2000-3000 uyğur yaşayır. Onların bir çoxunun Çinlə heç bir əlaqəsi yoxdur. Onların əksəriyyəti, XVIII əsrdən başlayaraq tədricən Əfqanıstana köçənlər və 70 -ci illərin sonlarında gələnlərdir. Onlar Əfqanıstan vətəndaşlığı alsalar da, sənədlərində Çindən qaçqın və ya etnik azlığın nümayəndələri olduğunu göstərilir. Qəzet qeyd edir ki, Taliban uyğurları deportasiya etmək qərarına gəlsə, onları tapmaq asan olacaq.
Müsəlman etnik qrupu olan Türk mənşəli uyğurların çoxu Çinin Sincan əyalətində yaşayır. Çin hakimiyyəti, bir sıra insan haqları təşkilatlarına görə, ekstremizmlə mübarizə apardıqları adı ilə, onları repressiyalara məruz qoyur. Bir milyondan çox insan “tərbiyyə mərkəzlərində” zorla saxlanılır. Əfqan uyğurları, Çinə geri göndərildikləri təqdirdə eyni aqibətlə üzləşəcəklərindən qorxurlar.
Uyğurların əksəriyyəti artıq bir neçə nəsillər boyudur ki, Əfqanıstanda yaşayır. Taliban hakimiyyətə gəldikdən sonra, bir çoxları təhlükəsizliyindən narahat olaraq, evlərini tərk etməməyə çalışırlar.
Esmira ŞÜKÜROVA İctimairey.az