Krımda Ukrayna hakimiyyətinin 2030-cu ilə qədər yarımadanı “qaytaracağı” vədinə cəfəngiyatdır deyilir.
“Ukrayna hakimiyyətinin 2030-cu ilə qədər Krıma nəzarəti geri qaytarmaq vədi cəfəngiyat və aldatmadır”. RİA Novosti xəbər verir ki, Yarımadanın Slavyan Xalqları Assambleyasının həmsədri Roman Çeqrines müvafiq bəyanatları belə adlandırıb.
“Belə” xidmətçilərin “olan xalq yazıqdır. Hakim partiyadan olan deputatlar Ukraynada növbəti aldatma və soyğunçuluq planı hazırlayır. Bunlar nə boş-biş danışırlar? Orada hansı maddələrdən istifadə edirlər? Krım rusların idi, var və həmişə də olacaq. Bitdi. Nöqtə”- deyə, Çerqines Kiyevin elan edilmiş planlarına cavab verib.
Çerqinesə görə, Ukrayna hakimiyyətinin bu cür polemikası tamaşaçılar üçün bir oyundur, çünki “ölkənin daxili siyasətində hər şey pisdir, xarici siyasəti ondan da pisdir”.
O, həmçinin 2030-cu ilə qədər Ukraynanın bir dövlət olaraq mövcudluğunu yox olacağını və Yuqoslaviyanın taleyini yaşayacağını söyləyib.
Qeyd edək ki, Oktyabrın 1-də Ukraynanın “Xalqın Xidmətçisi” partiyasının millət vəkilləri 2030 -cu il üçün hədəfləri açıqlayıb: – “Ukrayna bu tarixə qədər Krımı və Donbası”qaytarmalıdır”. Ali Radanın üzvləri çııxış edərək bildiriblər ki, “Ümumi məqsədimiz nədir? 2030 -cu ildə Ukrayna suveren sərhədlərini bərpa etməli və inkişaf etmiş bir iqtisadiyyata çevrilməlidir”
Esmira ŞÜKÜROVA. İctimairey.az