Deputat əmindir ki, Ukraynanın kənarından Rusiya qazının tədarükünə başlanması ölkənin dağılmasına səbəb olacaq.
Ukrayna ABŞ -ı razı salmaq cəhdlərində iqtisadiyyatını tamamilə məhv etdi və gələcəyini itirdi. Ölkənin taleyi indi Əfqanıstan taleyinə bənzəyir”.
İctimairey.az xəbər verir ki, bu fikri Ali Radanın “Müxalifət Platforması – Həyat Naminə” partiyasından olan deputatı İlya Kiva Teleqram kanalında paylaşıb.
“Bu oyunda Amerika ilə birlikdə oynayan Ukrayna sadəcə iqtisadiyyatını və gələcəyini məhv etdi. Qəzavü-qədərli yeni bir Əfqanıstan”.
Ukraynalı deputat, “Qazprom” un Ukraynanı keçmədən Macarıstana qaz tədarükünə başlamaq qərarına gəlməsinə səbəb, Kiyevin amerikapərəst mövqeyi olduğunu vurğulayıb. Kivaya görə, ukraynalı siyasətçiləri bu cür səhlənkarlığına görə, asanlıqla ədalət mühakiməsinə cəlb oluna bilər. Qazın Ukraynadan tranziti Kiyevə hər il təxminən üç milyard dollar gətirirdi.
Məmmədov Güloğlan İctimairey.az