Təcrübə üçün ölən qadının beynini açdı. İnsanın ölməzdən 30 saniyə əvvəl yaşadıqları

0

Nevroloq Dr. Cameron Şavun ölüm anında baş verənləri öyrənmək üçün, ölən bir qadının beynini açması ilə yenə gündəm olub. Belə ki, Şav ölüm anında beyinə qan axınının kəsilməsi səbəbindən, bir işıq seli yarandığını və insanın xatirələrinin gözlərinin önündən keçdiyini söyləyib. Əslində beynin ölümündən sonra, 10 dəqiqə daha canlı qaldığı ortaya çıxıb.

Elm dünyasında ən çılğın əməliyyatçılarında biri hesab olunan Dr. Cameron Şav 2017 -ci ildə insanların öldükdə yaşadıqlarını ortaya çıxarmaq üçün, bir sınaq təcrübəsi keçirmiş və ölən qadının beynini açmışdır.

“20 saniyə ərzində danışmaz hala gəlirik”
Bədəni bir maşınla müqayisə edən Dr. Cameron Şav, bu maşının necə işlədiyini və beynin necə öldüyünü anlamağa çalışmışdı. Araşdırmalarının nəticələrindən bəhs edən Şav qeyd edir ki, – “Özümüzü, hisslərimizi və gələcəyi düşünmə qabiliyyətimizı 10-20 saniyə ərzində itiririk. Sonra, qansız qalan beyin hüceyrələri yayıldıqca yaddaş və danışmaq qabiliyyətlərindən məhrum oluruq”.
“TUNELİN SONUNDA İŞIQ VAR”
Dr. Cameron Şav bu barədə şərhlərini belə izah edir:
– Təcrübəmizdən bilirik ki, tunel görmə beyində ani qan itkisindən qaynaqlanır. Ölən insan huşunu itirdiyi zaman, ilk şey görmə qabiliyyətinin azalması və sonra qaranlığın çökməsi və gözlərin qapanması olur. Ölüm üçün də eyni olduğunu söyləyə bilərik, çünki hər iki halda beyinə kifayət qədər qanın çatdırılmadığı mexanizm tətbiq olunur.
Öləndə ilk diqqət çəkən şey qaralmadır. Vücudunuz daha sonra daralmağa və özünə çəkilməyə başlayır. Ölümə yaxın insanların dedikləri, ağıllarının onlarla oynaması kimi bir şeydir.
Esmira ŞÜKÜROVA. İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »