SON XƏBƏR: Papikyan: – “İranla əlaqələrin möhkəmlənməsi Ermənistan üçün strateji əhəmiyyət kəsb edir”
30 sentyabr Çərşənbə günü İranın Ermənistandakı səfiri Abbas Bədəxşanla Ermənistan baş nazirinin müavini Soren Papikyan arasında görüş olub
Söhbət əsnasında Papikyan bəyan edib ki, İranla əlaqələrin möhkəmləndirilməsi Ermənistan üçün strateji əhəmiyyət kəsb edir. O, həmçinin İran tərəfinin iki ölkə arasındakı əlaqələri gücləndirmək səylərini yüksək qiymətləndirərək, İranın bölgədə sabitliyin və sülhün qorunması ilə bağlı mövqeyini qeyd edib.
Öz növbəsində, Bədəxşan Ermənistan baş nazirinin müavinini yeni vəzifəsi münasibətilə təbrik edib və Papikyanın Tehran və İrəvan arasında əlaqələrin genişləndirilməsində, Regional İdarəetmə və İnfrastruktur naziri vəzifəsini tutmasında oynadığı rolu xatırladıb. Səfir həmçinin Papikyanın iki ölkənin yeni hökumətləri arasında əməkdaşlıq üzrə baş nazirin müavini olduğu müddətdə əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.
Tərəflər, həmçinin Kacaran-Sisian yolunun genişmiqyaslı inşasını, eləcə də Ermənistanda şimal-cənub marşrutunun digər hissələrini müzakirə etdilər və İran şirkətlərinin bu layihələrdə iştirakının mümkün yollarını müzakirə ediblər.
Esmira ŞÜKÜROVA İctimairey.az