Şəhid Səfa Qaraxanovun ildönümündə məzarı ziyarət olundu.

0
ŞƏHİD
Şəhid

Vətən müharibəsində şəhid olmuş Səfa Qaraxanovun ildönümü ilə əlaqədar məzarı ziyarət olunub.

Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatı Fəzail Ağamalıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri şəhidin şəhadətinin ildönümü ilə əlaqədar təşkil edilmiş il mərasimində iştirak etmiş, məzarını ziyarət etmiş, önünə gül dəstələri düzmüş, ruhuna dualar oxumuşlar.ŞƏHİD

Mərasimdə çıxış edən Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olan qəhrəman oğul və qızlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim əziz tutulacağını bildirmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid Səfa Qaraxanov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

ŞƏHİD
Şəhid

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Fuad Qəhrəmanov. İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »